Yarış

Quru. Havanın temperaturu +29° C, trasın temperaturu +29° C Mövsümün son yarışından əvvəl dörd sürücü titula namizəd idi. Fernando Alonso […]

Quru. Havanın temperaturu +29° C, trasın temperaturu +29° C

Mövsümün son yarışından əvvəl dörd sürücü titula namizəd idi. Fernando Alonso Mark Uebberi cəmi 8 xal qabaqlayırdı, avstraliyalı sürücü isə komanda yoldaşı Sebastyan Fetteldən 7 xal, Lyuis Həmiltondan isə 15 xal üstün idi. Şənbə günü sıralanma turu vəziyyəti bir qədər bərabərləşdirib – Fettel poul qazanıb, Həmilton ikinci, Alonso üçüncü, Uebber isə beşinci olub.

İkiqat dünya çempionundan başqa heç bir namizəd vəziyyətə nəzarət edə bilmirdi, titulun taleyi rəqiblərin çıxışından asılı idi, əgər yarış sıralanma turu kimi qurtarsaydı, Alonso üçqat dünya çempionu olardı.

Startda Fettel liderliyini qoruyub saxlayıb, Batton Alonsonu qabaqlayıb. Şumaher yerində fırlanıb və Liutsi tam sürətlə ona çırpılıb – qəza ciddi alınıb, trasa Təhlükəsizlik Maşını (TM) çıxıb. Petrov, Rosberq, Algersuari, Senna, di Qrassi və Klin boksa yönəliblər, altı dövrədən sonra restart elan olunub.

Restartdan dərhal sonra Rosberq və Petrov Qloku keçiblər, 11-ci döngədə Kubitsa Sutili keçib, liderlərin mövqeyində dəyişiklik olmayıb.

12-ci dövrədə Uebber pit-stopa baş çəkib, bərk təkərlərlə trasa qayıdan avstraliyalı sürücü 16-cı yerə düşüb. 14-cü dövrədə Massa, daha iki dövrə sonra isə Alonso da bərk təkərlərə keçiblər. Çempionatın lideri trasa Uebberin qarşısında qayıda bilib, Massa isə avstraliyalı sürücüdən geri düşüb. Bütün bu qrup 11-ci yerdə gedən Petrovla fərqi azaltmağa başlayıb. Peletonun önündə isə Fettel, Həmilton və Batton Kobayaşi və Kubitsadan uzaqlaşmağa başlayıblar.

Alonso Petrovu keçmək üçün bir neçə cəhd edib, 23-cü dövrədə ispaniyalı sürücü hətta şikananı kəsməli olub. 24-cü dövrədə isə liderlərin pit-stopu başlayıb – əvvəl Həmilton, bir dövrə sonra isə Fettel mexaniklərin qonağı olublar – britaniyalı sürücü pitdən sonra Kobayaşini keçsə də Kubitsanı uzun müddət keçə bilməyib.

40-cı dövrədə Batton boksa getdikdən sonra Fettel liderliyi özünə qaytarıb, britaniyalı sonuncu çempion isə trasa komanda yoldaşının arxasında qayıdıb.

44-cü dövrədə Timo Qlokun maşını trasda dayanıb, Kubitsa isə planlı pit-stopdan sonra trasa altıncı qayıdıb. Titulun əldən getdiyini başa düşən Alonso Petrovu keçmək üçün daha bir neçə hücum edib. Rusiyalı sürücü isə heç bir səhvə yol verməyib.

Sebastyan Fettel inamlı qələbə qazanıb, bu qələbəsi sayəsində alman sürücü tarixin ən gənc çempionu olub – Red Bull mövsümü hər iki çempionatda birinci başa vurub! McLaren sürücüləri podium qazanmaqla Mühəndislər Kubokunda komandanın ikinci yerini qoruyublar.

Mövsüm çox maraqlı alınıb, amma qış tez keçəcək – gələn il martın 13-də yeni çempionat başlayacaq, az qalıb…

Yer Pilot Komanda Motor Vaxt
01 S.Fettel Red Bull Renault 1:39:36.837
02 L.Həmilton McLaren Mercede + 0:10.162
03 C.Batton McLaren Mercedes + 0:11.047
04 N.Rosberq Mercedes GP Mercedes + 0:30.747
05 R.Kubitsa Renault Renaul + 0:39.026
06 V.Petrov Renault Renault + 0:43.520
07 F.Alonso Ferrari Ferrari + 0:43.797
08 M.Uebber Red Bull Renault + 0:44.243
09 X.Algersuari Toro Rosso Ferrari + 0:50.201
10 F.Massa Ferrari Ferrari + 0:50.868
11 N.Haydfeld BMW Sauber Ferrari + 0:51.551
12 R.Barrikello Williams Cosworth + 0:57.686
13 A.Sutil Force İndia Mercedes + 0:58.325
14 K.Kobayaşi BMW Sauber Ferrari + 0:59.558
15 S.Buemi Toro Rosso Ferrari + 1:03.178
16 N.Hülkenberq Williams Coswort + 1:04.763
17 H.Kovalaynen Lotus Coswort + 1 dövrə
18 L.di Qrassi Virgin Cosworth + 2 dövrə
19 B.Senna Hispania Cosworth + 2 dövrə
20 K.Klin Hispania Cosworth + 2 dövrə
21 Y.Trulli Lotus Cosworth + 4 dövrə
T.Qlok Virgin Cosworth
M.Şumaher Mercedes GP Mercedes
V.Liutsi Force İndia Mercedes

Sürətli dövrə: Lyuis Həmilton (McLaren) – 1:41.274 (47-ci dövrə).

Turnir cədvəli:

Yer Pilot Komanda Motor Xal
01 S.Fettel Red Bull Renault 256
02 F.Alonso Ferrari Ferrari 252
03 M.Uebber Red Bull Renault 242
04 L.Həmilton McLaren Mercede 240
05 C.Batton McLaren Mercedes 214
06 F.Massa Ferrari Ferrari 144
07 N.Rosberq Mercedes GP Mercedes 142
08 R.Kubitsa Renault Renaul 136
09 M.Şumaher Mercedes GP Mercedes 72
10 R.Barrikello Williams Cosworth 47
11 A.Sutil Force İndia Mercedes 47
12 K.Kobayaşi BMW Sauber Ferrari 32
13 V.Petrov Renault Renault 27
14 N.Hülkenberq Williams Coswort 22
15 V.Liutsi Force İndia Mercedes 21
16 S.Buemi Toro Rosso Ferrari 8
17 P.de la Rosa BMW Sauber Ferrari 6
18 N.Haydfeld BMW Sauber Ferrari 6
19 X.Algersuari Toro Rosso Ferrari 5
20 H.Kovalaynen Lotus Coswort 0
21 Y.Trulli Lotus Cosworth 0
22 K.Çandhok Hispania Cosworth 0
23 L.di Qrassi Virgin Cosworth 0
24 T.Qlok Virgin Cosworth 0
25 B.Senna Hispania Cosworth 0
26 S.Yamamoto Hispania Cosworth 0
27 K.Klin Hispania Cosworth 0

Mühəndislər Kuboku:

Yer Komanda Motor Xal
01 Red Bull Renault 498
02 McLaren Mercedes 454
03 Ferrari Ferrari 396
04 Mercedes GP Mercedes 214
05 Renault Renault 163
06 Williams Cosworth 69
07 Force İndia Mercedes 68
08 Sauber Ferrari 44
09 Toro Rosso Ferrari 12
10 Lotus Cosworth 0
11 Hispania Cosworth 0
12 Virgin Cosworth 0

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Yarış

Quru. Günəşli. Havanın temperaturu +24° C, trasın temperaturu +52° C Dünən sıralanma turu yağışlı havada keçdiyi üçün gözlənilməz alınmışdı – […]

Quru. Günəşli. Havanın temperaturu +24° C, trasın temperaturu +52° C

Dünən sıralanma turu yağışlı havada keçdiyi üçün gözlənilməz alınmışdı – Niko Hülkenberq qurumaqda olan trasda Williams-ın sükanı arxasında ilk poulunu qazanmışdı. Hava proqnozu əvvəldən şənbə gününə yağış vəd eləmişdi, amma bazar günü havanın günəşli olması gözlənilirdi.

Trasa çıxarkən Kristian Klinin maşınında yanancaq sistemində təzyi aşağı düşüb, sürücü boksa qayıdıb və pit-leyndən start almalı olub.

Startda Fettel Hülkenberqi keçib, bir qədər sonra Uebber də gənc alman sürücünü qabaqlayıb. Petrov trasdan kənara çıxıb və sonuncu yerə düşüb, Həmilton dördüncü döngədə səhvə yol verib və Alonso onu keçib. Red Bull sürücüləri uzaqlaşmağa başlayıblar, Hülkenberq isə Alonso və Həmiltonu ləngidib.

Petrov yeni komandaların sürücüləri keçərək 18-ci yerə yüksəlib. 12-ci dövrədə Batton pit-stop keçirib, bərk təkərlərlə trasa qayıdıb, bir dövrə sonra Massa pitə baş çəkib və Censonun önündə trasa qayıdıb, amma britaniyalı sürücü tezliklə onu qabaqlayıb. Barrikello pit-stopda problemlərlə üzləşib, Massa isə bir dövrədən sonra pitə qayıdıb və mexaniklərdən sağ qabaq təkəri bərkitməyi xahiş edib.

15-ci dövrədə Hülkenberq, Kubitsa və Haydfeld, 20-ci dövrədə Petrov, 21-ci dövrədə Həmilton və Şumaher pit-stop keçiriblər. Lyuis trasa Censonun önündə qayıdıb. 25-ci dövrədə Alonso pit-stop keçirib və trasa üçüncü qayıdıb. Növbəti dövrədə Fettel, daha sonra isə Uebber boksa giriblər, liderlərin mövqeləri dəyişməyib. Vəziyyət stabilləşib – Fettel Uebberi 2 saniyə, Mark isə Alonsonu 10 saniyə qabaqlayıb.

35-ci dövrədə Barrikello və Algersuari birinci döngədə toqquşublar və Rubens boksa getməli olub, 43-cü dövrədə Qrassi maşını boksda dayandırıb.

51-ci dövrədə Liutsi ciddi qəzaya uğrayıb, Təhlükəsizlik Maşını (TM) trasa çıxıb. Sutil, Massa, Petrov, Barrikello, Haydfeld, Həmilton, Rosberq, Klin və Batton boksa tələsiblər, amma bir neçə dövrədə sonra Rosberq yenidən boksa baş çəkib.

Restartdan sonra vəziyyət dəyişməyib. 60-cı dövrədə Massa və Buemi toqquşublar, amma hər iki sürücü mübarizəni davam etdiriblər.

Fettel yarışı inamla birinci yerdə başa vurub, Uebber isə ikinci yeri tutmaqla Red Bull-a Mühəndislər Kubokunda ilk qələbəsini qazandırıb. Alonso isə finişdə üçüncü olub – titulun taleyi mövsümün son yarışında həll olunacaq!

Yer Pilot Komanda Motor Vaxt
01 S.Fettel Red Bull Renault 1:33:11.803
02 M.Uebber Red Bull Renault + 0:04.243
03 F.Alonso Ferrari Ferrari + 0:06.807
04 L.Həmilton McLaren Mercede + 0:14.634
05 C.Batton McLaren Mercedes + 0:15.593
06 N.Rosberq Mercedes GP Mercedes + 0:35.320
07 M.Şumaher Mercedes GP Mercedes + 0:43.456
08 N.Hülkenberq Williams Coswort + 1 dövrə
09 R.Kubitsa Renault Renaul + 1 dövrə
10 K.Kobayaşi BMW Sauber Ferrari + 1 dövrə
11 X.Algersuari Toro Rosso Ferrari + 1 dövrə
12 A.Sutil Force İndia Mercedes + 1 dövrə
13 S.Buemi Toro Rosso Ferrari + 1 dövrə
14 R.Barrikello Williams Cosworth + 1 dövrə
15 F.Massa Ferrari Ferrari + 1 dövrə
16 V.Petrov Renault Renault + 1 dövrə
17 N.Haydfeld BMW Sauber Ferrari + 1 dövrə
18 H.Kovalaynen Lotus Coswort + 2 dövrə
19 Y.Trulli Lotus Cosworth + 2 dövrə
20 T.Qlok Virgin Cosworth + 2 dövrə
21 B.Senna Hispania Cosworth + 2 dövrə
22 K.Klin Hispania Cosworth + 6 dövrə
L.di Qrassi Virgin Cosworth
V.Liutsi Force İndia Mercedes

Sürətli dövrə: Lyuis Həmilton (McLaren) – 1:13.851 (66-cı dövrə).

Turnir cədvəli:

Yer Pilot Komanda Motor Xal
01 F.Alonso Ferrari Ferrari 246
02 M.Uebber Red Bull Renault 238
03 S.Fettel Red Bull Renault 231
04 L.Həmilton McLaren Mercede 222
05 C.Batton McLaren Mercedes 199
06 F.Massa Ferrari Ferrari 143
07 N.Rosberq Mercedes GP Mercedes 130
08 R.Kubitsa Renault Renaul 126
09 M.Şumaher Mercedes GP Mercedes 72
10 R.Barrikello Williams Cosworth 47
11 A.Sutil Force İndia Mercedes 47
12 K.Kobayaşi BMW Sauber Ferrari 32
13 N.Hülkenberq Williams Coswort 22
14 V.Liutsi Force İndia Mercedes 21
15 V.Petrov Renault Renault 19
16 S.Buemi Toro Rosso Ferrari 8
17 P.de la Rosa BMW Sauber Ferrari 6
18 N.Haydfeld BMW Sauber Ferrari 6
19 X.Algersuari Toro Rosso Ferrari 3
20 H.Kovalaynen Lotus Coswort 0
21 Y.Trulli Lotus Cosworth 0
22 K.Çandhok Hispania Cosworth 0
23 L.di Qrassi Virgin Cosworth 0
24 T.Qlok Virgin Cosworth 0
25 B.Senna Hispania Cosworth 0
26 S.Yamamoto Hispania Cosworth 0
27 K.Klin Hispania Cosworth 0

Mühəndislər Kuboku:

Yer Komanda Motor Xal
01 Red Bull Renault 469
02 McLaren Mercedes 421
03 Ferrari Ferrari 389
04 Mercedes GP Mercedes 202
05 Renault Renault 145
06 Williams Cosworth 69
07 Force İndia Mercedes 68
08 Sauber Ferrari 44
09 Toro Rosso Ferrari 11
10 Lotus Cosworth 0
11 Hispania Cosworth 0
12 Virgin Cosworth 0

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*