FİA yan pantonların üzərindəki güzgüləri qadağan edəcək

Çin Qran Prisindən başlayaraq, komandalara maşınalrın yan pantonları üzərində güzgü quraşdırmaq qadağan olunacaq, çünki güzgülərin bu cür yerləşdirilməsi görməni pisləşdirir […]

Çin Qran Prisindən başlayaraq, komandalara maşınalrın yan pantonları üzərində güzgü quraşdırmaq qadağan olunacaq, çünki güzgülərin bu cür yerləşdirilməsi görməni pisləşdirir və təbii ki, təhlükəsizliyə təsir edir.

Aerodinamik elementlər qadağan olunduqdan sonra bəzi komandalar güzgülərdən aerodinamikada istifadə etməyə başladılar və onları yan pantonların üzərinə çəkdilər. Ferrari və Red Bull maşınlarında bu xüsusilə orijinal şəkildə reallaşdırılıb. Amma indi güzgülər əvvəlki yerlərinə – monokoka qaytarılmalıdır.

Keçən həftə Melburnda bəzi sürücülər FİA-ya müraciət edərək, federasiyanın bu problemi həll etməsini xahiş etmişdilər. Hələ sərbəst yürüşlərdə arxadan gələn rəqibi bloka salma halları çoxalmışdı, çünki sadəcə olaraq araxadan gələn maşın ancaq son anda güzgüdə görünürdü.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*