R.Braun Həmiltonu əfsanələrlə bir tutub

Formula1-in idman direktoru Ross Braun düşünür ki, Lyuis Həmilton keçən il göstərdiyi performansına görə Senna və Şumaxerə bərabər sürücü olub.

F-1.az xatırladır ki, Həmilton 2018-ci ildə 11 poul və qələbə qazanmışdı. Britaniyalı sürücü yağışlı Macarıstan və Belçika sıralanma turlarında təsiredici performans göstərmişdi.

Ross Braun: “Bəzən gözlənilmədən sürətlənən sürücülər olur. Bəzi hallarda – xüsusən də sıralanma turunda belə olur. Lyuis də bunu etdi. İnsanların nəfəsini kəsdi. Kənardan baxanda performansın haradan gəldiyini bilmək olmaz. Hər şeyi proqnozlaşdırdığınız halda, bir sürücü bu proqnozları alt-üst edə bilər. Bunu Mixaeldən gördüyüm üçün şanslıyam. Senna kimi sürücülərdə də bunu gördük. Bəzi hallarda Lyuis də belə performans göstərdi. Belə şeyləri unutmaq olmaz. Çünki bir mühəndis kimi bunun haradan gəldiyini anlamırsınız. Bu, insanüstü səviyyədir və bunu görmək sizə xüsusi hiss verir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*