Amma o, Las Veqasın paddokunda jurnalistlərlə söhbəti zamanı eyni mövzuda belə danışıb: “Düzlüklərdə başımıza gələnlər sadəcə şok edir: bu, dəhşətdir! Mən çox yaxşı dövrə vurmuşdum, amma buna baxmayaraq, üçüncü sektorda Kimiyə artıq 0.8 saniyə uduzurduq…
Biz düzlüklərdə sürətin tamamilə dəhşətli itkisinin əvəzini çıxmağa məcbur qalırıq, bu da təbii ki, döngələrdə sürətimizə mənfi təsir göstərir. Sonda asfaltayatma qüvvəsi və hava müqaviməti baxımından maşının balansı ürəkaçan deyil. Buna görə də poul uğrunda mübarizə aparmaq mümkünsüz idi”.
Uokinq təmsilçisinin komanda rəhbəri Andrea Stella Norrisə mane olan çətinliklərdən danışarkən, vəziyyəti daha da ağırlaşdıran bir qədər qeyri-adi səbəbi də qeyd edib:
“Mən ayrıca əlavə etmək istərdim ki, Landonun bəxti xeyli gətirməyib, çünki onun maşınında altlıq nahiyəsinə plastik paket ilişib qalmışdı və buna görə biz xeyli asfaltayatma qüvvəsi itirmişdik. Nəzərə alsaq ki, saniyənin onda biri nəticəyə ciddi təsir göstərir, şübhəsiz ki, həmin onda bir saniyəni plastik paketə görə itirmişdik və buna yalnız təəssüflənmək qalır”.
Stellanın sözlərinə görə, komandada əvvəlcədən Las Veqasdakı sürətli trasın MCL40 maşınına nə dərəcədə uyğun gələcəyi ilə bağlı şübhələr var idi, çünki onun transmissiyasının ötürmə nisbətləri rəqiblərlə müqayisədə bir qədər “qısadır”, bu da düzlüklərdə maksimal sürətə təsir göstərir.
“Şübhəsiz, biz Monza və Bakıda üzə çıxmış eyni tendensiyaları müşahidə edirik və istənilən şəraitdə elə də rəqabətqabiliyyətli deyilik, – deyə Stella yekun vurub. – Amma bu trasda biz bu zəifliyin təsirini müəyyən qədər yumşalda bilmişdik, çünki sıralanma turunda trasdakı mövqeyi kifayət qədər yaxşı seçirdik.
Maşının səmərəliliyi təxminən sıralanma turunda görmək istədiyimiz səviyyədədir və bu, birmənalı şəkildə kömək edib. Görünür, bu yeni reqlamentlə sürücü başqa bir maşının arxasında gedəndə hava müqavimətinin səviyyəsi əvvəlki illərlə müqayisədə daha çox azalır. Deməli, maşını trasda düzgün yerləşdirmək stimulu daha da güclənir – düşünürəm ki, sıralanma turunda bu, kifayət qədər yaxşı işləmişdi”.





