Maks Ferstappen: “Boliddə hələ də Braziliyada üzləşdiyimiz bəzi problemlər qalır. Mən onların səbəblərini anlamağa və bu həftəsonu maksimum nəticə çıxarmağın yolunu tapmağa çalışdım. Düşünürəm ki, sıralanma turu yaxşı alınıb. Biz hər şeyi düzgün etdik.
Finalda ilk sürətli dövrəm demək olar ki, ideal alınıb. Düşünmürəm ki, onu daha yaxşı keçmək mümkün olardı. Bununla yanaşı, dövrə ərzində mən slipstrimdən istifadə etdim. İkinci yeri çox yaxşı nəticə saymaq olar.
İxtisas sıralanması ərzində çətinliklər həm asfaltın temperaturu, həm təkərlərin qızdırılması, həm də trasa çıxmaq üçün doğru anı seçmək zərurəti ilə bağlı olub. Burada uzun düzlüyün çoxluğuna görə bu, xüsusilə asan deyil. Ancaq biz tapşırığımızın öhdəsindən yaxşı gəlib və nəticədən razı qala bilərik”.





