Formula1 və FİA 2030-cu il üçün yeni mühərriklərlə bağlı razılığa gəliblər

Formula1, FİA və güc qurğusu istehsalçıları 2030-cu ildən qüvvəyə minəcək yeni mühərrik reqlamenti ilə bağlı razılığa gəliblər.

2030-cu ildən etibarən Formula1-in 2.1 litrlik V8 turbomotorlara keçməsi yekdilliklə razılaşdırılıb, bununla yanaşı “bəzi həndəsi xüsusiyyətlər” qorunub saxlanacaq.

Əsas məqsəd indiki güc qurğularından xeyli daha az mürəkkəb və ucuz, həmçinin daha yüngül güc qurğusunun hazırlanmasıdır. O, hibrid hissənin məhdud istifadəsi, trasda mübarizəni gücləndirməyə yönəlmiş aktual və ekoloji təmiz texnologiyalar, eləcə də azarkeşlərin xoşuna gələcək səslə fərqlənəcək.

Bundan başqa, V8 mühərrikinin həm də daha yüngül və daha çevik olacaq, sürücünün ustalığına və gərgin mübarizəyə üstünlük verəcək şassi ilə birləşdirilməsi planlaşdırılır. Növbəti addım gələn ay Şanxayda keçiriləcək FİA-nın Ümumdünya Avtomobil İdmanı Şurasının iclasında 2030-cu ilədək yekun normativ-hüquqi bazanın təqdim olunması olacaq.

Muhəmməd ben Sulayem: “Bu razılaşma Formul1-in gələcəyinin formalaşdırılmasında mühüm mərhələdir.

Lap əvvəldən məqsədimi aydın şəkildə ifadə etmişəm: innovasiya və dayanıqlı inkişaf sahəsində liderliyi qoruyub saxlamaqla, bu idman növünü daha rəqabətli və azarkeşlər üçün daha maraqlı etmək.

V8 mühərriklərin geri qayıtması bu idman növünün DNT-si ilə yenidən təmas qurmaq, bütün dünyada insanların çox sevdiyi səsi, emosiyaları və yarış atmosferini geri qaytarmaq imkanı olacaq. İdmanımızda daha yüngül və daha sadə maşınlar görürük ki, burada sürücünün istedadı yenidən əsas rol oynayacaq.

Bu işdə əməyi keçən hər kəsə əməkdaşlığa görə təşəkkür etmək istəyirəm. Bu, mühüm addımdır və idmanımız üçün mümkün olan ən yaxşı gələcəyi qurmaq naminə birlikdə çalışaraq nəyə nail ola biləcəyimizi göstərir”.

Reqlamentlərdə ediləcək bütün dəyişikliklər FİA-nın Ümumdünya Avtomobil İdmanı Şurasının (WMSC) təsdiqinə tabedir.

Bu razılaşmanın mətni bir neçə gün əvvəl FİA-nın saytında dərc olunub, sonra silinib və bu gün ifadələrdə kiçik düzəlişlərlə yenidən yayımlanıb.

, , ,