Bu vəziyyəti Sky Sports-un efirində şərh edən komandanın rəhbəri Ayo Komatsu bildirib ki, sürücünün müqaviləsi ilə bağlı məsələni mümkün qədər tez həll etməyi və gələn mövsüm üçün son vakansiyanı bağlamağı planlaşdırır.
Ayo Komatsu: “Sürücü və komanda əməkdaşlığın davamına qəti şəkildə köklənib. Biz bu prosesi mümkün qədər tez başa çatdırmağı planlaşdırırıq. Detallara varmaq istəmirəm, amma hazırda bütün maraqlı tərəflərlə son məqamları dəqiqləşdiririk.
Əminəm ki, hər şey yaxşı olacaq. Oliver son iki mövsümdə ciddi irəliləyişə nail olub. O, artıq ötən ilin əvvəlində yaxşı sürət nümayiş etdirirdi, mövsümün ikinci yarısında sabitlik qazanıb, bu il reqlament dəyişəndə isə daha bir addım irəli atıb”.





