Oskar Piastri: “Birinci sərbəst yürüşü buraxmaq qərarına gəlmişdik, ikinci sessiya isə faydalı alınıb. Birinci sessiyada yağışa görə trasa çıxmağın xüsusi mənası olmayıb, çünki belə şəraitdə çətin ki, faydalı nəsə öyrənə bilərdik, xüsusən də həftəsonunun sonuna qədər quru hava gözlənilir.
İkinci sərbəst yürüşdə yeni daxiliyanma mühərriki və turbin üzərində işləmək, mümkün qədər çox məlumat toplamaq vacib olub. Sessiya maraqlı və asan keçməyib, amma təkərlərin qızdırılması ilə bağlı vəziyyəti daha yaxşı başa düşə bilmişik.
Keçid təkərlərlə ilk dövrələr çətin keçib, amma şərait yaxşılaşdıqca maşını idarə etmək də asanlaşıb. Məşqin sonuna yaxın trasda artıq quru trayektoriya görünməyə başlayıb.
Startda on yer itirmək cəzasına baxmayaraq, sabaha yanaşmamız dəyişmir. Çalışacağıq ki, sıralanma turuna hazırlıqdan maksimumu götürək və mümkün qədər yüksək nəticə göstərək”.
Lando Norris: “Yenidən Las Veqasda trasa çıxmaq əladır, burada Formula1 maşınını sürmək həmişə maraqlıdır. Bu trasda asfaltla ilişmə səviyyəsi çox aşağıdır və temperatur da yüksək deyil, bugünkü yağış isə vəziyyəti daha da çətinləşdirib.
Birinci sərbəst yürüşdə güclü yağışa görə trasa çıxmağın, demək olar ki, mənası olmayıb, xüsusən də həftəsonunun sonuna qədər quru hava gözlənilir. Amma ikinci sessiyada bir neçə dövrə vurmaq mümkün olub, baxmayaraq ki, tras hələ də yaş qalıb.
Sabah bizi çox vacib iş gözləyir – bir neçə yeniliyi sınaqdan keçirmək və quru trasda keçiriləcək sıralanma turuna hazırlaşmaq lazımdır. Buna görə də üçüncü sərbəst yürüş xüsusilə vacib olacaq. Çalışacağıq ki, bu gün toplanmış bütün məlumatlardan istifadə edək və sabahkı sıralanma turuna mümkün qədər yaxşı hazırlaşaq”.





