Nike Formula1-in rəsmi təchizatçısıdır

Formula1 ABŞ-nin Nike şirkəti ilə əməkdaşlığın başladığını elan edib. Şirkət 2027-ci ildən dünya çempionatının rəsmi geyim və avadanlıq təchizatçısı olub.

Nike 20 illik fasilədən sonra Formula1-ə qayıdıb və xüsusi ayaqqabı, geyim və aksesuar kolleksiyaları buraxacaq, həmçinin idman ekipirovkası sahəsində yeni həllərin hazırlanması ilə məşğul olacaq. Bundan əlavə, tərəfdaşlıq yarış həftəsonları zamanı azarkeşlər üçün müxtəlif tədbirlərin keçirilməsini də nəzərdə tutub.

Formula1-dən əlavə, Nike qadınlar arasında keçirilən F1 Academy üçün də rəsmi tərəfdaş və ekipirovka təchizatçısı olub.

Stefano Domenikali, Formula1-in prezidenti və icraçı direktoru: “Formula1 və Nike dünyanın ən tanınmış iki brendidir. Bizi daim inkişaf etmək, yenilikləri tətbiq etmək, ən yüksək nəticələrə nail olmaq və insanları əldə etdikləri ilə kifayətlənməməyə ruhlandırmaq istəyi birləşdirib.

Formula1 hazırda bütün dünyada populyarlığın görünməmiş artım dövrünü yaşayır. Çempionatı yüzmilyonlarla azarkeş izləyir, bizim icmamız isə dünya idmanında ən sadiq, ən müxtəlif və ən dinamik icmalardan biridir.

Nike idmanı, mədəniyyəti və ilhamı bir araya gətirməyi bacarır, buna görə də bu, inkişafımızın yeni mərhələsində Formula1 üçün ideal tərəfdaş oldu”.

,