10 Dekabr 2018, Bazar ertəsi - 08:56

Heineken Formula1-də iki komanda ilə işləməyi planlaşdırır

Heineken Formula1-də iki komanda ilə işləməyi planlaşdırır

Müəllif: Elçin Zodorov, redaktor

00:42 - 16 İyun, 2016

Formula1-in yeni sponsoru olan prestijli Heineken şirkəti 2 komandanın da sponsoru olmağı düşünür.

F-1.az xatırladır ki, keçən həftə Heineken-in 5 il müddətinə Formula1-in əsas sponsorlarından biri olacaq. Razılığa əsasən, tərəfdaşlıq İtaliya Qran Prisindən etibarən başlamalı idi. Lakin Berni Ekklstounun jesti nəticəsində biz Kanada Qran Prisində şirkətin reklamlarını görə bilmişdik.

Heineken-in 2 komanda ilə də əməkdaşlıq edəcəyi gözlənilir. Onlardan birinin Red Bull olacağından əmin olanların sayı çoxdur. Amma bu razılaşmaların şərtlərində pilotların geyimində, dəbilqələrində və ya bolidin üzərində şirkətin loqotipinin yerləşdirilməsi nəzərdə tutulmayıb.

Digər komandanın adı isə məlum deyil. Amma Williams-ın Martini, McLaren-in ChandonJohnnie Walker, Force İndia-nın isə SmirnoffKingfisher şirkətləri ilə müqaviləsi olduğundan, bu komandaların namizədlər siyahısında olmayacağı bildirilir.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 305
Teqlər ,
Paylaş

logo