Ostində dövrələrin ləğvi ilə bağlı əbədi problem yenidən ortaya çıxıb. Demək olar ki, hamı 9-cu, 11-12-ci və 19-20-ci döngələrdə cizgi xəttinin kənarına çıxıb, buna görə də ilk sərbəst yürüşdə avtomatika 72 dövrəni silib! Sıralanma turunda və yarışda bu səbəbdən problemlər yarana bilər – sürücülər də dövrəni həm sürətlə, həm də dəqiq keçmək üçün uyğun trayektoriyalar tapmağa çalışıblar.
Antonelli üç dövrədən sonra boksa qayıdıb – əyləcləmə zamanı oturacaq yerindən tərpənib, amma mexaniklər onu bərkidiblər və Kimi yenidən trasa çıxıb.
Ferrari-də səhər yeniliklərlə yalnız Lekler işləyib, Həmilton isə əvvəlki aerodinamik paketlə trasa çıxıb, fasilədə mühəndislər iki variantı müqayisə ediblər və ikinci sessiyada hər iki sürücü yeni aerodinamika ilə trasa çıxıb.
Bir çoxlarına trafik mane olub. Rassell və Lekler mövqe uğrunda mübarizə aparıblar – Corc isə rəqibini trasın kənarına sıxışdırdığı üçün qara-ağ bayraqla xəbərdarlıq alıb.
Sessiya sakit keçib. Hamı proqramı yerinə yetirərək böyük məsafə qət edib, amma qüvvələr nisbəti barədə hələlik fikir yürütmək çətindir.
Səhər olduğu kimi, ən yaxşı nəticəni də Şarl Lekler göstərib – o, dövrəni 1:35.291 nəticə ilə başa vurub.
Sərbəst yürüşlərin ikinci hissəsi
| Pilot | Komanda | Vaxt | Fərq | Dövrə |
| 1. Şarl Lekler | Ferrari | 1:35.291 | – | 29 |
| 2. Kimi Antonelli | Mercedes | 1:35.333 | + 0:00.042 | 24 |
| 3. Maks Ferstappen | Red Bull | 1:35.480 | + 0:00.189 | 24 |
| 4. Lyuis Həmilton | Ferrari | 1:35.906 | + 0:00.615 | 26 |
| 5. Corc Rassell | Mercedes | 1:36.035 | + 0:00.744 | 27 |
| 6. Liam Louson | Racing Bulls | 1:36.331 | + 0:01.040 | 26 |
| 7. Lando Norris | McLaren | 1:36.373 | + 0:01.082 | 27 |
| 8. Oskar Piastri | McLaren | 1:36.387 | + 0:01.096 | 27 |
| 9. İshaq Həcər | Red Bull | 1:36.411 | + 0:01.120 | 24 |
| 10. Oliver Börman | Haas | 1:36.536 | + 0:01.245 | 28 |
| 11. Qabriel Bortoleto | Audi | 1:36.832 | + 0:01.541 | 26 |
| 12. Pyer Qasli | Alpine | 1:36.840 | + 0:01.549 | 27 |
| 13. Arvid Lindblad | Racing Bulls | 1:36.959 | + 0:01.668 | 29 |
| 14. Esteban Okon | Haas | 1:37.111 | + 0:01.820 | 26 |
| 15. Franko Kolapinto | Alpine | 1:37.201 | + 0:01.910 | 31 |
| 16. Fernando Alonso | Aston Martin | 1:37.235 | + 0:01.944 | 26 |
| 17. Ləns Stroll | Aston Martin | 1:37.269 | + 0:01.978 | 28 |
| 18. Niko Hülkenberq | Audi | 1:37.430 | + 0:02.139 | 25 |
| 19. Valtteri Bottas | Cadillac | 1:38.422 | + 0:03.131 | 24 |
| 20. Karlos Sayns | Williams | 1:38.446 | + 0:03.155 | 28 |
| 21. Serxio Peres | Cadillac | 1:39.036 | + 0:03.745 | 24 |
| 22. Aleks Əlbon | Williams | 1:43.426 | + 0:08.135 | 27 |





