14 Dekabr 2018, Cümə - 23:19

Çin-2016: Üçüncü sərbəst yürüşlər

Çin-2016: Üçüncü sərbəst yürüşlər

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

09:31 - 16 Aprel, 2016

Hava proqnozunun vəd etdiyi kimi, bu gün Şanxayda səhər tezdən yağış yağıb və məşqlərin başlanmasına qədər trasda kifayət qədər su yığılıb. Sürücülər bokslarını tərk etməyə tələsməyiblər – yalnız 15-ci dəqiqədən sonra Bottas trasda görünüb.

F-1.az xəbər verir ki, yağış təkərlərlə trasa çıxan finlandiyalı sürücüdən sonra digər sürücülər də trasa axışıblar, amma hamısı bir dövrə vurduqdan sonra boksa qayıdıblar. İlk zaman göstəricisini Kimi Rəykkönen göstərib və uzun müddət protokollara başçılıq edib. Roman Qrojan yerində fırlanıb, Colion Palmerin maşınında isə arxa sağ təkər deşilib və britaniyalı sürücü yavaş-yavaş boksa qayıdıb.

Sessiyanın ortasında Daniil Kvyat keçid təkərlərlə trasa çıxın ilk sürücü olub, amma iki dövrə vurduqdan sonra boksa qayıdıb. Digər sürücülər də yağışın dayanmasından istifadə edərək yaşıl təkərlərə keçiblər və sürətlər atıb. Sebastyan Fettel protokollarda liderliyi ələ alıb.

Tras sulu olduğu üçün sürücülərin hamısı səhvə yol veriblər, trasdan kənara çıxıblar, amma ciddi insident baş verməyib. Red Bull, Mercedes AMG və McLaren komandaları sürətli dövrəyə çıxmayıblar. markus Eriksson isə yalnız sessiyanın sonunda cəmi bir dövrə vurub.

Nahardan sonra bizi maraqlı sıralanma turu gözləyir – xatırladaq ki, keçənilki formatı izləyəcəyik…

YerNSürücüKomandaZamanFərqDövrə
15Sebastyan FettelFerrari1:57.3513
277Valtteri BottasWilliams1:58.061+ 0:00.7107
311Serxio PeresForce İndia1:58.689+ 0:01.3384
455Karlos SaynsToro Rosso1:58.800+ 0:01.4499
521Esteban QutyerresHaas1:59.526+ 0:02.1757
630Colion PalmerRenault1:59.677+ 0:02.3267
720Kevin MaqnussenRenault1:59.761+ 0:02.4109
894Paskal VerlyaynManor1:59.964+ 0:02.6138
933Maks FerstappenToro Rosso2:00.150+ 0:02.7996
1027Niko HülkenberqForce İndia2:00.158+ 0:02.8074
1112Felipe NasrSauber2:00.197+ 0:02.8468
127Kimi RəykkönenFerrari2:00.812+ 0:03.4615
1319Felipe MassaWilliams2:02.438+ 0:05.0874
1488Rio HaryantoManor2:02.732+ 0:05.3815
1522Censon BattonMcLaren3
1614Fernando AlonsoMcLaren3
178Roman QrojanHaas4
1826Daniil KvyatRed Bull4
196Niko RosberqMercedes AMG2
203Daniel RikkardoRed Bull3
2144Lyuis HəmiltonMercedes AMG2
229Markus ErikssonSauber1

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 464
Teqlər , , , ,
Paylaş

logo