S.Fettel: “Çətin qələbə oldu”

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, yarışın son dövrlərində çox çətin anlar yaşayıb.

F-1.az xatırladır ki, yarışın sonunda almaniyalı sürücü Bottasın hücumlarına məruz qalsa da, inamla müdafiə olunaraq mövsümün ikinci yarışında da qalib gəlib.

Sebastyan Fettel: “Son 10 dövrədə bolidi idarə edə bilmirdim. Təbii ki, tempimə nəzarət etməyə çalışırdım. Düşünürdüm ki, çox sürətlə gəlir və belə getsə, mənə çatacaq. Əlimdən gələni etdim. Hər iki Mercedes bu gün çox güclü idi və sona doğru Bottasın mənə çatmasının qarşısını ala bilmirdim. Xüsusən də, Medium təkərlərdə çox sürətli idilər. Əslində iki pit-stoplu strategiya düşünmüşdük, amma olmadı. Təkərləri son ana qədər qorumağa çalışdım. Damalı bayrağı keçəndə isə təkər təmiz ərimişdi. Buna görə çox xoşbəxtəm. Pitə gəlsəm, 3-cü yerdə qayıdacaqdım. O zaman var qüvvəmlə sürməli idim. Əlimdən gələni etdim. Bu gün bir mexanikimizin pitdə zədələndiyini eşitdim. Məyus oldum. Ümid edirəm ki, tezliklə sağalar”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*