Şəhər trasının asfalt temperaturu ümumilikdə gözləntilərə uyğun olub və təxminən 14 dərəcə səviyyəsində olub.
Pirelli Motorsport-un direktoru Dario Marrafuski: “Bugünkü məşqlərdə komandalar əsasən yarış simulyasiyası üzərində işləyib, Qran Pri hazırlığı çərçivəsində özləri üçün istinad nöqtələri müəyyənləşdirməyə çalışıblar.
Bütün tərkiblərdə təkər deqradasiyası çox məhdud olub və toplanmış məlumatlara əsasən, Soft təkərlər yarış üçün ən səmərəli variant kimi görünür, çünki daha yaxşı ilişmə təmin edir və onları daha tez işçi temperatura çatdırmaq olur.
Nəzəri baxımdan, Soft-la start alıb Medium-a keçidi nəzərdə tutan bir pit-stoplu strategiya ən münasib seçimdir. Bu halda pit-stop pəncərəsi 22-ci və 28-ci dövrələr arasında yerləşir. Yumşaq təkərlərin işçi temperatura çatma sürəti bəzi komandaların onlardan məsafənin ikinci hissəsində istifadə etməsinə şərait yarada bilər.
Digər mümkün variantlar fərqli kombinasiyanı nəzərdə tutur: sərt təkərlərlə start almaq və sonra ya Soft, ya da Medium-a keçmək. Amma bu sxem əvvəlcədən daha yavaş görünür və çətin ki, çox komanda belə seçim etsin.
Bugünkü yürüşlərin fərqləndirici məqamlarından biri əylənmələr zamanı təkərlərin tez-tez bloklanması olub. Təkərdə yaranan yastı sahə həm sürətə, həm də yarış taktikasına ciddi təsir göstərə bilər, buna görə sürücülər rezinlə xüsusilə diqqətli işləməlidirlər.
Həmçinin uzun seriyaların ilk mərhələsində ön təkərlərdə yüngül qranullaşma əlamətləri müşahidə olunub, amma bu hal məhdud xarakter daşıyıb və trasın vəziyyəti yaxşılaşdıqca azalmalıdır, yarışın gedişinə isə həlledici təsir göstərməyəcək”.





