Lando Norris: Düşünmürəm ki, daha artığına nail ola bilərdim

McLaren-də sıralanma turunun nəticələrindən razı qalıblar…

Lando Norris: “Ümumilikdə, dövrəmdən razı qalmışam. Düşünmürəm ki, maşından daha artığını almaq mümkün olub. Maşın döngə-lərdə effektivdir, yeniliklər də məhz gözlədiyimiz kimi işləyib. Əsas problemimiz düzlükdə sürətin çatışmamasıdır, xüsusən də son sektorda. Səbəbi tapmaq lazımdır.

Sabahkı yarışın gedişini proqnozlaşdırmaq çətindir – bu həftəsonu quru trasda cəmi bir məşq keçirmişik, amma düzlükdə sürət çatışmazlığına görə ötmə etmək çətin olacaq. Proqnoz verməyəcəyəm – əlimizdə olan maşınla daha artığına nail olmağa çalışacağıq”.

Oskar Piastri: “Düşünmürəm ki, daha artığına nail olmaq mümkün olub, buna görə kifayət qədər razı qalmışam. Əlbəttə, xüsusən də cəzamı nəzərə alsaq, daha artığını istərdim.

sıralanma turunun finalında maşının davranışı dəyişib. Əmin idim ki, bu, daha artığına nail olmağa imkan verəcək, amma balans gözlənilmədən dəyişib, üstəlik, slipstream-dən də yararlanmaq alınmayıb.

Ötmə etmək çətin olacaq, amma mümkündür – sonda nə alınacağını görəcəyik. Gecə ərzində hər şeyi təhlil edəcəyik və maşını elə sazlayacağıq ki, sabah mümkün qədər çox ötmə edək. Maraqlı olmalıdır”.

,