Norris Piastrini Rikkardodan fərqləndirən keyfiyyətləri sayıb

Oskar Piastri McLaren-lə cəmi üç yarış keçirib, lakin bu, Lando Norrisin avstraliyalı gənci keçmiş komanda yoldaşı Daniel Rikkardodan fərqləndirən keyfiyyətlərini səsləndirmək üçün kifayət edib.

F-1.az xəbər verir ki, Landonun sözlərinə görə, Daniel komandada olanda o, bu qədər səy göstərməli deyildi.

Lando Norris: “Oskar əla iş görür – mən bunu səmimi deyirəm. Özümü daha yaşlı və təcrübəli hiss etmək mənim üçün hətta qəribədir! O, təzyiq altında yaxşı işləməyi bilir – bu, onun güclü keyfiyyətidir. Oskar həmişə sakitdir, emosiyalarına hakimdir və sürətlidir. Düşünürəm ki, o, sürücüyə lazım olan bütün keyfiyyətlərə malikdir.

Oskar məni sövq edir və son bir neçə ildə etməli olduğumdan daha çox səy göstərməyə məcbur edir. Bu, təkcə mənim üçün deyil, həm də komanda üçün yaxşıdır. O, Melburnda əla yarış keçirdi və çətin həftəsonundan sonra xal topladı”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*