Ləğv üçün əsas Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin Yaxın Şərqdə vəziyyətin daha da gərginləşməsi təhlükəsi ilə bağlı yaydığı xəbərdarlıq ola bilər.
Britaniya qurumu regiondakı vəziyyəti “son dərəcə qeyri-müəyyən” adlandırıb və onun qəfil şəkildə daha da gərginləşməsi riskinin yüksək olduğu barədə xəbərdarlıq edib. Böyük Britaniya vətəndaşlarına aviareyslərin ləğvinə, hava məkanının bağlanmasına və nəqliyyat əlaqəsində digər problemlərə hazır olmaları tövsiyə olunub.
Beləliklə, Liberty Media fors-major hallara istinad edib Qətər və Əbu Dabi mərhələlərini cərimə sanksiyası olmadan ləğv edə bilər.
Əgər bu iki mərhələ ləğv olunsa və onların əvəzində təqvimə yalnız mövsümü yekunlaşdıracaq İmola trası əlavə olunsa, onda Kimi Antonellinin ən yaxın izləyicisi üzərindəki hazırkı 123 xallıq üstünlüyü Mexiko Qran Prisinin nəticələrindən asılı olmayaraq titulu qazanmaq üçün kifayət edəcək.





