S.Peres: Avtoidmanda belə hallar olur

Red Bull komandasının sürücüsü Serxio Peres bildirib ki, əlindən gələni etsə də, çempionatda ikinci olma bilməyib.

F-1.az xatırladır ki, meksikalı sürücü son yarışa Leklerlə eyni xalda gəlmişdi. Çempionatda ikinci olmaq üçün əsas hədəf yarışı monakolu sürücünün önündə bitrimək idi, amma Çeko yarış ərzində təkərlərə yaxşı nəzarət edə bilməyərək, bu fürsəti əldən verib. Belə ki, iki pit-stoplu strategiya seçən 32 yaşlı pilot yarışın sonlarında LEklerə çatsa da, ötmə edə bilməyib. Bununla da çempionatda üçüncü olub.

Serxio Peres: “Avtoidman belədir. Lakin sonda sevinməliyik, çünki əlimdən gələni etdim. Komanda olaraq mövsüm ərzində əlimizdən gələni etdik. Əminəm ki, gələn il daha güclü olacağıq.

Əla mübarizə apardıq. Bu il təkərlərə nəzarət etməkdə çətinlik çəkdim. Ümid edirəm ki, bütün sahələrdə inkişaf edərəm və gələn il daha güclü olaram”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*