Bu həftəsonu Rodríges qardaşlarının adını daşıyan trasında Lyuk birinci sərbəst yürüşlərdə Aleksin əvəzinə maşına əyləşəcək, Braziliya mərhələsində isə FW48-i Karlosun əvəzinə idarə edəcək. Britaniyalı sürücü bu mövsüm artıq Şpilberq və Monzada keçirilən mərhələlərin sərbəst yürüşlərində iştirak edib.
Lyuk Brauninq: “Yenidən FW48-in sükanı arxasına keçdiyim üçün çox şadam və mənə göstərilən etimada görə Williams-a minnətdaram. Komanda mənə bu mövsüm gənc sürücülər üçün məcburi olan dörd sərbəst yürüş sessiyasının hamısında iştirak etmək imkanı verib.
Bu, əlavə dövrələr vurmaq, son yenilənmələrin işini daha yaxşı anlamaq və Qrouvdakı komandaya əks əlaqə vermək üçün əla imkandır. Hər məşqdə iştirak yeni təcrübə qazandırır və mən öz inkişafımı davam etdirmək, həm də komandanın irəliləyişinə kömək etmək üçün bundan maksimum faydalanmağa çalışacağam”.





