Şarl Lekler: “Yaxşı yarış oldu! Təəssüf ki, qələbə üçün bizə çox az şey çatdı – məqsədimiz bu idi. Amma ümumilikdə yarış pozitiv keçib.
Tempimiz yaxşı olub. İlk hissə bir qədər çətin alınıb. Kimi bir pit-stoplu strategiya seçib, bu isə bu gün planlarımıza daxil olmayıb, amma biz Maksla mübarizə aparıb çox yüksək temp göstərmişik.
Mübarizə maraqlı alınıb, ilk dövrədə cəlbedici duel yaşanıb, sonra isə Lando və Maksla mübarizə davam edib. Start asan alınmayıb, amma xoşuma gəlib. Mən Maksı qabaqlamışam, amma sonra batareya enerjim az olub və öndə qala bilməmişəm. Ancaq bilirdim ki, maşında mübarizəni davam etdirmək üçün temp var, buna görə də sonda hər şey alınıb. Yaxşı yarış olub!”





