Ləns Stroll Ostində pit-leyndən start alacaq

Bazar günü ABŞ Qran Prisinin startından əvvəl Aston Martin komandası Ləns Strollun maşınında güc qurğusunun elementlərini dəyişib.

Kanadalı sürücü sayca altıncı daxiliyanma mühərriki, yeddinci turbin, səkkizinci enerji toplayıcısı, yeddinci idarəetmə elektronikası bloku və güc qurğusunun periferik elementlərinin doqquzuncu blokunu alıb və sadalanan bütün komponentlər üzrə mövsüm üçün icazə verilən limiti aşıb.

Bundan başqa, Aston Martin mexanikləri Strollun maşınında asılqanın sazlanmalarını dəyişiblər, bununla da “qapalı park” rejimini pozublar. Cəza kimi, Ləns Ostində pit-leyndən start alacaq.

, ,