Flavio Briatore: “Bu gün komanda fantastik nəticə qazanıb. Pyer və Franko əla iş görüblər. Yarış gərgin və həyəcanlı alınıb, Formula1 mövsümünün parlaq hadisəsinə çevrilib. Yaxşı nəticə nikbinlik üçün əsas verir, Enstounda qeyd edəcək nəyimiz var. Bütün komandanı təbrik edirəm”.
Pyer Qasli: “Maraqlı yarış idi, 5-ci və 6-cı yerlər komanda üçün əla nəticədir. Düşünürəm ki, podiuma yüksələ bilərdik, amma mühərrikin temperaturunu nəzarətdə saxlamaq üçün yarış boyu gücü azaltmalı olduq. Bunun səbəbini araşdırmalıyıq.
Əslində, biz daim slipstrimdə mübarizə aparırdıq, bu mübarizədə qalmaq üçün isə digər maşınların arxasınca sıx getmək lazım idi.
Komanda çox sayda amili nəzarətdə saxlamalı idi, amma bu gün hamı – strateqlərdən tutmuş mühəndislərə və bokslardakı mexaniklərə qədər – öz işinin öhdəsindən əla gəldi. Hər şey ən yüksək səviyyədə keçdi.
Kokpitdə mənim üçün də asan olmadı – öndə gedən maşına hücum etməli, eyni zamanda arxadakı maşına nəzarət etməli və çoxsaylı rejimlər arasında keçid etməli idim.
Nəticədən çox razıyıq, yarış boyu Red Bull, McLaren, Mercedes və Ferrari ilə mübarizə mənə böyük zövq verdi. Ümid edirəm ki, gələn il belə məqamlar daha çox olacaq!”
Franko Kolapinto: “Startdan finişə qədər davam edən gərgin mübarizədən böyük zövq aldım, xüsusən də bu, komandaya çoxlu xal qazandırdı.
Ümumilikdə, yarışın gedişindən və yekun nəticədən çox razıyam – Formula 1-də ən yaxşı nəticəmi təkrarladım. Bütün həftəsonu rəqabətədavamlı idik və ikilikdə qazanılan 18 xal səylərimiz üçün əla mükafatdır”.





