P.Qasli: Doqquzunculuq təəccüblüdür

AlphaTauri komandasının sürücüsü Pyer Qasli bildirib ki, pit yolundan başlayaraq, 9-cu olmaq inanılmaz nəticədir.

F-1.az xatırladır ki, fransalı sürücü startdan əvvəl elektronik problemlə qarşılaşıb və yarışa pit yolundan başlamalı olub. Buna baxmayaraq Pyer finişə 9-cu yerdə çata bilib. Bununla da 26 yaşlı pilot Azərbaycandan sonra ilk dəfə xal qazanıb.

Pyer Qasli: “Əla yarış idi. 100-cü yarışıma çıxırdım. Buna görə də xüsusi idi. Doqquzunculuğa təəccübləndim, çünki pitdən başladığın yarışı onluqda bitirmək inanılmazdır. Sevinməliyik.

Sözün açığı səkkizinci yerdən başlamalı idik, amma problem yaşadıq və boksa qayıtmalı olduq. Yaxşı ki, bolidi işlədə bildik və pit yolundan da olsa, start aldıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*