Lyuis Həmilton: Biz podiuma yüksələ bilərdik

Uğursuz sıralanma turundan sonra Ferrari-də uğursuz yarış da keçiriblər - sürücülər toqquşublar, hərəsi 10 saniyəlik cəza alıb və ardıcıl ikinci yarışda az xal qazanıblar…

Lyuis Həmilton: “Sıralanma turu bizim üçün çətin keçib, amma yarışda özümü əla hiss etmişəm və sürətlə irəliləyə bilmişəm. Mühəndislər Kuboku uğrunda komandanın mübarizəsi baxımından vacib olduğu üçün finişə McLaren-dən öndə çatmaq istəyirdim. McLaren maşınlarından biri ilə toqquşmadan yayınmaq üçün on saniyəlik cəza almışam, baxmayaraq ki, məncə, bu cəza həddən artıq sərt olub. Amma mən mübarizəyə köklənmişəm və təqibi davam etdirmişəm.

Mən yenidən mübarizəyə qayıda bilmişəm. Sonra bir daha geriyə düşmüşük, amma mən heç vaxt təslim olmamışam. Ən yaxşı nəticəni qazanmağa çalışmışam. Doğrudan da hesab edirəm ki, bu gün malik olduğumuz temp ilə podiuma yüksələ bilərdik.

Şarlla toqquşmamızı müzakirə etmək istəmirəm. İstəyirsinizsə, bunu komandadan soruşun. Bilirdik ki, bu uik-end bizim üçün asan keçməyəcək, amma düzlüklərdə belə məhdudiyyətlərlə üzləşəcəyimizi düşünməmişdik”.

Şarl Lekler: “Mən Lyuis ilə təmasa görə cəza almışam. Aydındır ki, stüardlar bunun mənim səhvim olduğuna qərar veriblər və mən bununla razılaşmağa hazıram. Bundan artıq deyəcək sözüm yoxdur. Buna görə komandanın zərər çəkməsinə görə təəssüflənirəm. Vəziyyəti təhlil edəcəyəm və nəticə çıxaracağam”.

,