Lakin çempion komandanın rəhbəri Toto Volffun bu məsələ ilə bağlı fərqli fikri var: “Kiminin poul qazanmağı bizə tamamilə anlaşılmaz qalıb. Özünüz də başa düşürsünüz, biz düşünürdük ki, ya dövrəyə başlamağa çatmayacaq, ya da Lindbladın maşınına həddən artıq yaxın olacaq.
O, xətti keçib dövrəsinə başlayanda Racing Bulls-un maşınından təxminən 1.4 saniyə geridə idi və mən başa düşmürəm ki, bu vəziyyətdə necə belə nəticə göstərə bilib.
Qabaqda gedən maşından 1.4 saniyə geridəsinizsə, bu, yəqin ki, həddən artıq yaxındır, xüsusən də həmin maşın dövrələri 0.8 saniyə daha yavaş vurursa. Amma hansısa şəkildə hər şey işləyib.
Corcdan danışsaq, mənim fikrimcə, onun poul uğrunda mübarizə aparmaq üçün ideal mövqeyi olub, çünki o, digər maşından 4 saniyə geridə gedib. Biz hər şeyi təhlil etməliyik, çünki məncə, yeddinci, səkkizinci və doqquzuncu döngəlarda hansısa epizod yaşanıb – bilmirəm, orada səhv olub, yoxsa başqa nəsə baş verib…
Düzü, bilmirəm, amma mənə elə gəlib ki, Corcun poul üçün ideal mövqeyi olub, çünki o, daim hamıdan sürətli olub”.





