Corc Rassell: “Ümumilikdə, sıralanma turunu inamlı keçirib və gün bizim üçün pis alınmayıb. Əlbəttə, poul qazanmaq istəyirdim, amma bu gün, yəqin ki, nəticəyə məsələn, bir neçə həftə əvvəl Mexikoda, ilk cərgədən start aldığım vaxtla müqayisədə daha çox sevinirəm.
Amma trasa çıxmaq üçün doğru anı seçmək çox vacib idi, çünki bu trasda hava kisəsi çox böyük rol oynayır. Mənzərə kifayət qədər çılğın idi, Monzada gördüyümüzü xatırladırdı. Əlbəttə, Kimi bunun öhdəsindən əla gəlib.
Yəqin ki, o, heç alınmayacağını da düşünüb, çünki onun maşını çox yaxın idi, amma hər şey onun üçün çox uğurlu alınıb. Hər halda, o, cəza alacağı üçün sabah mən ikinci yerdən start alacam, deməli, hələ mübarizə aparacağıq”.





