L.Həmilton: Rassell qələbəyə layiq idi

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, Rassellin qələbəsinə görə çox sevinclidir.

F-1.az xatırladır ki, karyerası ərzində 103 yarış qazanan britaniyalı sürücü bu il qələbəyə həsrət qalıb. Bu gün onun komanda yoldaşı Corc Rassell qələbə qazanıb. O isə ikinci yeri tutub və qələbə orucunu poza bilməyib. Düzdür, yarışın sonlarında təhlükəsizlik maşınına görə fərqlər ərimişdi və Həmilton üçün real şans var idi, amma yeddiqat Dünya Çempionu Rasselin DRs məsafəsinə gələ bilməyib.

Lyuis Həmilton: “Əvvəlcə Corcu təbrik edirəm. Bu gün çox əla sürdü. Dünən də sıralanma turunda möhtəşəm idi. Buna görə də qələbəyə layiq idi. Komandama, bazada işləyən hər kəsə bugünkü performanımıza görə təşəkkür edirəm. İQələbəyə hamı layiq idi. Maks haqqında nə deyim? Onu tanıyırsınız…”

 

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*