Lando Norris: Bu, tarixin ən xaotik yarışı oldu

Las Veqas Qran Prisinin yarışını ikinci yerdə başa vuran hazırkı dünya çempionu Lando Norris çıxışından təsirlənib. McLaren sürücüsü bu yarışı Formula1 tarixinin ən xaotik yarışı adlandırıb və etiraf edib ki, bəzi məqamlarda qələbə uğrunda mübarizə apara biləcəyini, yoxsa sonda pelotonun lap sonuna düşəcəyini anlamayıb.

Lando Norris: “Düşünürəm ki, bu, Formula1 tarixinin ən xaotik yarışı idi. Vaxtın yarısında, ümumiyyətlə, nə baş verdiyini anlamırdım. Bilmirəm, məni qələbə şansı ilə karyeramın ən yaxşı yarışı gözləyirdi, yoxsa sonuncu yerdə finiş görəcəkdim. Bu yarışda hər şey var idi, buna görə də çox çətin olub. Amma strategiyanı düzgün qurmaq və liderlər qrupuna qayıtmaq mümkün olub.

Bu gün digər sürücülərin buraxdığı səhvlərə yol verməmək vacib idi. Maraqlı alınıb – yarış xaotik, amma cəlbedici olub və komandamız əla nəticə əldə edib.

Düzünü desəm, qələbəni pelotondakı istənilən sürücü qazana bilərdi, buna görə Maksı təbrik edirəm! O, yarışa liderlik edərkən əla çıxış edib. Amma bir müddət, deyəsən təxminən 15 saniyə, hətta mən də lider olmuşam, buna görə bununla çox qürur duyuram.

Bəli, mən liderlik etmişəm, amma Maks parlaq çıxış edib – bircə səhvə də yol verməyib, onun maşını da çox sürətli olub. Ümumilikdə, əla gün alınıb. İkinci və ya üçüncü yeri gözləmirdim, buna görə nəticədən çox razıyam”.