Zek Braun: Əgər pilotlar eyni maşınları idarə etsələr, Norris hamıdan öndə olar

McLaren Racing-in rəhbəri Zek Braun ESPN-ə müsahibəsində əminliklə bildirib ki, Lando Norrisin onu qələbələrə aparacaq təbii istedadı var.

F-1.az xatırladır ki, britaniyalı sürücü F1-də keçirdiyi 4 mövsümdə 6 podium qazansa da, hələ podiumun zirvəsinə qalxa bilməyib.

Zek Braun: “Lando o uşaqlardandır ki, Formula1 sürücülərinin hamısını eyni maşınlara mindirib yarışa göndərsək, hamıdan öndə olacaq. Çünki onun təbii istedadı var. O, əsl ulduzdur. Və o, hamımızı irəli aparır. Lando yarışlarda qalib gəlmək istəyir, əminəm. O, Corcu [Russelli] məğlub edə biləcəyinə əmindir və onu əvvəllər də məğlub edib… O, qalib gəlməzdən əvvəl keçmiş rəqiblərinin çox qələbə qazanmalarından narahatdır.

Lando inanılmaz dərəcədə sürətli pilotdur və bunu hər zaman sübut edir. 2018-ci ildə 24 saatlıq Daytona marafonunda onu Alonso ilə eyni ekipaja mindirdiyim ilk gündən bunu hiss etdim. Lando isə onunla bərabər tanımadığı avtomobil və trasda onunla bərabər sürdü. Günün vaxtından asılı olaraq o, hətta Fernandonu da qabaqlayırdı. Sonra bu təbii istedadı gördüm. Elə pilotlar var ki, yalnız bir intizamda yaxşıdırlar, lakin qeyri-adi vəziyyətdə sürəti belə tez yığa bilmirlər. Lando fərqlidir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*