McLaren Honda – McLaren MCL32

Mövsümöncəsi testlərin başlanmasına 3 gün qalmış McLaren komandası yeni maşınını təqdim edib. Ron Dennis istefaya göndərildikdən sonra şassinin ardıcıl adlanmasından imtina edilib və yeni maşına MCL32 adı verilib. Amma yeni maşının rəng çalarları tarixi rənglərə qaytarılıb.

F-1.az xatırladır ki, yeni maşının narıncı olması barədə şayiələr çoxdan gəzirdi, komanda özü də rəngin dəyişəcəyini təkzib etmirdi, təqimat mərasimi isə bütün məsələləri yoluna qoyub – maşında qara-narıncı rənglər üstünlük təşkil edir.

McLaren sadəcə rəngini dəyişməyib, komanda kompleks rebrendinq edib – sürücülərin kombinezonu da, komandanın geyim forması da, boksların rəngi də, hətta komandanın yeni saytı da rəngini dəyişib. Komanda ümid edir ki, yeni reqlament çərçivəsində çempionatdakı yeri də dəyişəcək.

 

Zek Braun, icraçı direktor: “Bizim yeni maşın əsl incəsənət əsəridir, Fernando və Stoffelin onu trası çıxarmasını səbirsizliklə gözləyirəm. Yeni MCL32-nin rəngini mən tək seçməmişəm. Biz dizaynın  müxtəlif variantlarını təhlil etdik, yekun variant isə bizim azarkeşlərimizə cavabımız oldu – onlar bizim maşını narıncı görmək istəyirdilər.

Bütün qərarları bir qrup insan – icraiyyə komitəsi qəbul edir. Komitəyə şeyx Muhəmməd ibn Əssa əl-Həlifə və Mənsur Occey də daxildirlər. Onlar komandanın inkişaf istiqamətini müəyyən edirlər. Onlar mən və Conatan Nildən, eləcədə Erik Bulye və onun başçılıq etdiyi komandadan xahiş etdilər ki, biz yenidən titul uğrunda mübarizəyə qayıdaq. Biz bütün diqqətimizi bu işə cəmləmişik.

Dizaynın dəyişməsi ilə yeni era başlayır. Mən ruh yüksəkliyi hiss edirəm, hərçənd, maşının layihə işindən başlamış yığılmasına qədər iştirak edən hər bir əməkdaş da bu maşına böyük ümid bağlayır. Çoxdandır yarışda qələbə qazana bilmirik, buna görə məyusuq. Çox çətin 2015-ci ili arxada qoyduq, keçən il böyük inkişaf yolu keçdik. Bu il isə növbəti addımı atmalıyıq.

Mən bizim sürücülərə – Fernando Alonsoya və Stoffel Vandorna tam inanıram, bizim əla sürücü cütlüyümüz var. Bizim qarşımıza qoyduğumuz məqsədə çatmaq üçün hər bir şeyimiz var, sadəcə zaman və səbrə ehtiyacımız var”.

 

Conatan Nil, əməliyyat direktoru: “Qış tətilini gərgin keçirdik, amma həm Uokinqdəki bazanın əməkdaşları, həm də bizim Honda-dan olan tərəfdaşlarımız nikbinlik hiss edirik. Biz çox güclü kollektiv toplamışıq, amma əsl potensialımızı göstərmək üçün hələ çox iş görməliyik.

Mən həmişə deyirəm ki, zirvəyə gedən yol heç vaxt asan olmur. Son 12 ayda biz ciddi inkişaf eləmişik, amma hələlik nəticələr gözləntilərə uyğun deyil və biz başa düşürük ki, mübarizə gərgin olacaq. Formula1-də qalib gəlmək üçün siz bütün sahələrdə ən yaxşı olmalısınız.

Bu il biz liderlər qrupuna qayıda biləcəyik? Çox güman ki, yox… Bəs ciddi inkişaf edə biləcəyik? Əlbəttə! Bu, bizim məqsədimizdir – düzgün addım atmaq lazımdır.

Hələlik biz bu il nəyə çatdığımızı təsəvvür etmirik – reqlamentdəki belə ciddi dəyişikliklər zamanı mövsüm başlamamış proqnoz söyləmək çətindir. Amma bizim kollektiv təcrübəli və istedadlı mütəxəssislərdən ibarətdir və rəqabətədavamlı olmaq üçün əlimizdən gələni edəcəyik”.

 

Erik Bulye, idman direktoru: “İnkişaf, hər şeyin yaxşıya doğru dəyişməsi hissiyatı komandada aşkar xarakter alıb. Texniki reqlamentdəki dəyişikliklər irəliyə doğru addım atmaq imkanı verir, yeni maşın yeni güc qurğusu ilə birlikdə əla alınıb. Ümid edirik ki, yeni maşınla liderlərdən geriqalmanı tam bağlaya biləcəyik.

Parlaq narıncı-qara rəng bizim ənənədən kənarlaşmaq səyimizi göstərir, amma MCL32-ni sələflərindən fərqləndirən mühəndislərin işidir. Maşın çox eleqant alınıb və çoxlu texniki yeniliklərlə zəngindir. Düzdür, istənilən maşının potensialı trasda görünür, ümid edirəm ki, MCL32 bizim üzümüzü güldürəcək.

Şassi çox keyfiyyətlə hazırlanıb və yığılıb, güc qurğusu tam yenidən hazırlanıb, Fernando Alonso və Stoffel Vandornun simasında biz əla sürücü dueti almışıq və onlar bir yerdə artıq yaxşı işləyirlər. Komandanın bazasında elə təəssürat var ki, hansısa bir inqilab dövrü yetişib.

Bizim Honda ilə münasibətlərimiz dinamik inkişaf edir, təbii məhsuldar əməkdaşlıq gedir, biz yeni maşını birlikdə hazırlamışıq. Hamıya bəllidir ki, yeni güc qurğusunda elementlərin yeri dəyişib, bunu əvvəlcədən layihə mərhələsində nəzərə almalıydıq. Yekunda biz güc qurğusu və şassinin ideal inteqrasiyasına nail olduq. Məncə, bizim azarkeşlər mövsümün başlanmasını bizdən çox səbirsizliklə gözləyirlər”.

 

Yusuke Haseqava, Honda Motorsport-un başçısı: “Son iki ildə topladığımız təcrübəmizə istinad edərək yeni güc qurğumuzun (RA617H) konsepsiyası və konstruksiyasını tam dəyişmişik.

Biz əsas diqqəti maşının balansının yaxşılaşdırılması üçün kütlənin azaldılmasına və ağırlıq mərkəzinin aşağı salınmasına yönəltmişik. Eyni zamanda biz daxiliyanma mühərriyindən böyük effektivlik almağa çalışmışıq.

2017-ci ilin yeni reqlamenti yeni maşının konstruksiyasına köklü təsir edib. Yeni güc qurğusunu yenilənmiş şassiyə inteqrasiya etmək üçün çox şeyi dəyişməli olduq. Bütün qışı ideal balans əldə etmək üçün gərgin işlədik. Barselonada başlayacaq mövsümöncəsi testlər bizim üçün vacib olacaq, çünki bütün maşının effektivliyini dəyərləndirə biləcəyik.

Bizim McLaren-lə münasibətlərimiz möhkəmlənir. Bu il biz texniki inkişafa ümid edirik ki, qarşımıza qoyduğumuz məqsədlərə çata bilək”.

 

Təcrübəli Fernando Alonsonun komanda yoldaşı komandanın gənc sürücü proqramının yetirməsi Stoffel Vandorn olacaq – belçikalı sürücü keçən il Melburnda zədə almış Alonsonu Bəhreyndə əvəz etmişdi.

Fernando Alonso: “Son 12 ayda komandanın gördüyü iş heyranedicidir. Düzdür, istədiyimiz səviyyəyə çatmamışıq, amma həqiqətən çox inkişaf etmişik. Çətin günlər komandanı mehriban edib, indi isə biz reqlamentdəki dəyişikliklərdən yararlanmalıyıq ki, növbəti addımı ataq. Komandanın bunu etməsi üçün zəruri təcrübəsi var.

Mənim bildiyimə görə, MCL32 çox perspektivli maşındır. Yeni reqlament yaxşı düşünülüb, maşın daha aqressiv görünür, sürətlər də artıb. Yeni maşına baxarkən dərhal sükan arxasına keçmək istəyirəm – mən qələbə istəyimi itirməmişəm. Qış məşqləri də yaxşı keçdi – mən gərgin məşq eləmişəm və sükan arxasına keçməyi səbirsizliklə gözləyirəm.

Biz əvvəlkitək hesab edirik ki, mövsümün ilk yarısı bizim üçün çətin ola bilər. Biz bugünkü liderlərdən ciddi geriqalma faktını iqnor edə bilmərik. Amma düşünürəm ki, mövsümün ikinci yarısında biz ciddi sürətlənəcəyik. Məqsədimiz mövsümü layiqli keçirməkdir – məncə, biz bunu edə biləcəyik”.

Stoffel Vandorn: “Maşının rəng çalarlarında keçmişlə gələcək birləşir və bu, mənim xoşuma gəlir. Maşın əla görünür. Maşında maraqlı çox detallar var – burun deflektorundakı kəsiklər, yan deflektorlar, ön antiqanad – MCL32 çox gözəl görünür.

Mən bütün ömrüm boyu bu anı gözləmişəm. Qışda çox intensiv fiziki hazırlıq kursu keçmişəm, hazırda yaxşı fiiziki formadayam. Bu, mənim şansımdır və mən bunu realizə etməyə hazıram”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*