Bu gün Peres Mexikonun Paseo-de-la-Reforma prospektində yüz minlərlə azarkeş qarşısında nümayiş yürüşündə sükan arxasına keçəcək.
Serxio Peres: “Mən ilk gündən bu layihənin uğurlu olacağına səmimi şəkildə inanmışdım, müqavilənin uzadılması da növbəti təbii addım olub.
Formula1 komandasını sıfırdan qurmaq zaman, gərgin iş və səbir tələb edib, amma birlikdə əldə etdiyimiz nəticə inanılmaz məmnunluq gətirib. Qarşıda çox iş var, qarşıdakı üç il ərzində özümü tamamilə bu prosesə həsr edəcəyəm.
Birlikdə başladığımız işi davam etdirmək imkanı yaratdıqlarına görə Dən Taurissə, Mark Röyssə, eləcə də TWG Motorsports və General Motors-un bütün əməkdaşlarına təşəkkür etmək istəyirəm.
Bu möhtəşəm komandanın hər bir üzvünə – trasda, ABŞ-də, Böyük Britaniyada, həmçinin azarkeşlərimizə dəstək və etimada görə minnətdaram. Sizi məyus etməyəcəyəm. Gəlin mübarizəni davam etdirək!”
Dən Tauriss, komandanın icraçı direktoru: “Mexikodakı həftəsonu başlamazdan əvvəl Serxionun uzun illər ərzində Cadillac komandasının ayrılmaz hissəsi olaraq qalacağını elan etməkdən məmnunuq.
Formula1-də rəqabətədavamlı komanda qurmaq uzun yol olub, Peresin istedadı və liderlik keyfiyyətləri isə bizə bu il qoyulmuş möhkəm təməl üzərində inkişaf üçün lazım olan sabitlik və bağlılığı verib. Birlikdə yolumuzun növbəti mərhələsinə fokuslanmışıq, komandanı irəli aparır və start düzülüşündə mövqelərimizi yaxşılaşdırırıq”.





