22 Avqust 2019, Cümə axşamı - 03:26

Vodafone və McLaren mövsümün sonunda ayrılacaqlar

Vodafone və McLaren mövsümün sonunda ayrılacaqlar

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

16:32 - 14 Mart, 2013

Qarşıdakı mövsüm başa çatdıqdan sonra McLaren komandası titul sponsorunu itirəcək – Vodafone şirkəti 2007-ci ildə imzalanmış müqaviləsini uzatmamaq qərarına gəlib. […]

Qarşıdakı mövsüm başa çatdıqdan sonra McLaren komandası titul sponsorunu itirəcək – Vodafone şirkəti 2007-ci ildə imzalanmış müqaviləsini uzatmamaq qərarına gəlib.

Vodafone-un nümayəndəsi bildirib: “Vodafone və McLaren 2007-ci ildə qarşılarına şöhrətpərəst məqsədlər qoymuşdular və son 6 il ərzində biz çox şeyə nail olduq və idman marketinqində yeni standartlar müəyyən etdik. Biz 2013-cü ildə də məhsuldar əməkdaşlığa ümid edirik. Bundan sonra şirkət Formula1-dən kənar layihələr üzərində işləyəcək…”

McLaren komandasının yeni titul sponsorunun adı mövsüm başa çatdıqdan sonra, dekabrın 2-də elan olunacaq. Şayiələrə görə, yeni titul sponsor TelMex telekommunikasiya şirkəti olacaq – şirkətin sahibi Karlos Slim komandanın yeni sürücüsü Serxio Peresin karyerasını dəstəkləyir…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 366
Teqlər , , , , , ,
Paylaş

logo