S.Peres: Podium qazana bilərəm

Red Bull komandasının sürücüsü Serxio Peres bildirib ki, podium uğrunda mübarizə apara bilərlər.

F-1.az xatırladır ki, meksikalı sürücü Hunqarorinqdə sıralanma turunda nəhayət ki, son sessiyaya qala bilib. Lakin o yekunda 9-cu yeri tuta bilib.

Serxio Peres: “Son sessiya qalmaq yaxşı oldu. Bəzən tempimiz yaxşı idi. Lakin bu formatda təkərlərlə bağlı çox şey sınadıq. İlk sektor pis keçdi. 0.15 saniyə itirdim. Bu olmasaydı, dördüncülük mümkün idi. Lakin vacib deyil.

Geriyə baxmamalıyam. İrəliyə baxmaq lazımdır. Bundan dərs çıxaracağam və hər şeyi geridə qoyacağam.

Yarış üçün müsbətyönlü düşünürəm. Maşınımız yaxşıdır və podium uğrunda mübarizə apara bilərəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*