Williams Las Veqas üçün maşının rəng çalarını dəyişib

Williams komandası Aston Martin-dən sonra Las Veqas Qran Prisi üçün bolidinin rəng çalarını təqdim edib.

Qarşıdan gələn yarış həftəsonunda FW48 titul sponsoru olan Atlassian şirkəti ilə birgə hazırlanmış xrom-mavi rəng çalarlarına boyanıb. Yeni dizayn yalnız Aleks Əlbon və Karlos Saynsın maşınlarında deyil, sürücülərin kombinezonları və əlcəklərində də yer alıb.

Ceyms Vaulz: “Növbəti addımımız hər şeyə sıfırdan başlamaq deyil, komandanın sərəncamında olan toplanmış təcrübə, bilik və informasiyaya söykənərək inkişaf etməkdir.

Atlassian ilə əməkdaşlığımızla fəxr edirik. Bu tərəfdaşlıq Williams-ın təxminən 50 illik tarixindən gələcək uğurlar üçün baza kimi istifadə etməyə imkan verir. Yeni rəng çaları da məhz bu yanaşmanı əks etdirir və mən maşının Las Veqasaın parlaq işıqları altında trasa çıxacağını səbirsizliklə gözləyirəm”.