Reqlamentin tələbinə əsasən, hər komanda mövsüm ərzində hesabında Formula1-də ikidən az start olan sürücüyə dörd dəfə maşın verməlidir. Eyni zamanda, əsas sürücülərin hər biri öz yerini iki dəfə güzəştə getməlidir. Beqonoviç artıq Barselonadakı mərhələdə Həmiltonu, Şarl Lekleri isə Avstriya və Braziliyada əvəz edib. Beləliklə, Las Veqasda Ferrari dördüncü əvəzləməni həyata keçirərək reqlamentin tələblərini yerinə yetirəcək.
Frederik Vassyör: “Las Veqas Qran Prisi ardıcıl keçiriləcək son üç yarışlıq seriyanın ilk mərhələsi olacaq.
Strip bulvarı üzərində salınmış şəhər trasın özünəməxsus xüsusiyyətləri var – uzun düzlük hissələr, intensiv əyləcləmə zonaları və əlavə çətinlik yaradan çox aşağı temperaturlar. Buna görə də təkərləri optimal işçi diapazonuna çıxarmaq bacarığı həlledici əhəmiyyət daşıyacaq. Biz anlayırıq ki, bu amillər maşının səmərəliliyi üçün nə qədər vacibdir və mərhələyə hazırlıq zamanı onlara xüsusi diqqət ayırmışıq.
Həmişə olduğu kimi, qarşımızda duran vəzifə uik-enddən maksimum nəticə çıxarmaq və komanda üçün ən yaxşı nəticəni əldə etməkdir”.





