Berni Ekklstoun Ferrari-nin problemləri barədə: “Bu il Ferrari titul qazanmalı idi. Onlarda ən yaxşı maşın var idi, amma həddindən artıq çox şey yolunda getmədi. Mən bunu artıq uzun illərdir deyirəm.
Bir vaxtlar komandanı rəhbər vəzifəsinə fransızı dəvət etməyə razı sala bilmişdim, amma indi orada həddindən artıq çox italiyalı var. Hər kəs hesab edir ki, komandanı necə idarə etməyi başqalarından daha yaxşı bilir, indi hər şey səhv edilir və özü bunun öhdəsindən daha yaxşı gələrdi”.
Berni Ekklstoun Frederik Vassyör barədə: “Düzünü desəm, o, xoş insandır, amma Ferrari kimi komandaya rəhbərlik etməyin öhdəsindən gəlmir. Bu komandaya səhərdən axşama qədər Ferrari haqqında düşünən çox, çox, çox güclü rəhbər lazımdır. Öz-özümə sual verirəm ki, Vassyörün düşüncələrinin böyük hissəsi doğrudan da Ferrari-əmi həsr olunub”.
Berni Ekklstoun Lyuis Həmilton barədə: “Yarışın startı ərəfəsində maşına əyləşən kimi, hələ ilk döngəyə çatmamış nəyəsə görə sızıldamağa və şikayətlənməyə başlayır. Bunun konkret nəyə aid olmasının heç bir əhəmiyyəti yoxdur. O, artıq elə yaş həddinə çatıb ki, yarışlardan getmək barədə düşünməyin vaxtıdır”.
Berni Ekklstoun Həmilton ilə Şarl Lekler arasında rolların bölüşdürülməsi barədə: “Lekler Ferrari-nin adamıdır, Həmilton isə komandaya gəlib və onun iş üsullarını dəyişməyə çalışıb. Ancaq belə dəyişikliklərə tək bir adamın girişməsi üçün artıq çox gecdir”.
Berni Ekklstoun Ferrari-yə sürücülərin birinci və ikinci nömrə kimi ayrılmasının lazım olub-olmaması barədə: “Ferrari-yə dəqiq birinci nömrə lazımdır. Əsl liderin və birinci olmağa çalışmayan, öz rolunu anlayan və komandanı sığortalamağa hazır olan çox güclü ikinci sürücünün olması qat-qat yaxşıdır”.
Berni Ekklstoun Kristian Hornerin Ferrari-nin mümkün rəhbəri kimi variantı barədə: “O, şübhəsiz ki, bu işin öhdəsindən gələ biləcəyini sübut edib. Amma Ferrari elə Ferrari-dir. Burada xüsusi dildə danışmaq lazımdır. Əgər o, bu dili bilsəydi, komandanın başına keçə bilərdi”.
Berni Ekklstoun Kimi Antonelli barədə: “Onun istisna istedadı var. Bu yaşda olan sürücünün belə nəticələr göstərə bilməsi əladır. Görək, dünya çempionu roluna necə uyğunlaşacaq. Titul qazanıldıqdan sonrakı mövsüm asan keçmir”.
Berni Ekklstoun Antonellinin Ferrari-yə mümkün keçidi barədə: “Onun 50 yaşı tamam olana qədər gözləmək lazımdır. Onda bu yer onun üçün uyğun olacaq”.
Berni Ekklstoun Maks Ferstappen barədə: “Maks Ferstappen Formula1-in ən yaxşı sürücüsüdür. O, qalanlar hamısından qat-qat güclüdür. Sadəcə bir az yox, çox, çox daha güclüdür”.
Berni Ekklstoun həyata münasibəti barədə: “Məndə heç bir sirr yoxdur. Mənə bəxt gətirib. Sadəcə gücün olduğu müddətdə işləməyə davam etmək və 90 yaşın var, yoxsa 96, bunu düşünməmək lazımdır. Mən heç vaxt qocalıq haqqında düşünmürəm”.
Berni Ekklstoun Almaniya Qran Prisinin mümkün qayıdışı barədə: “Bizə Almaniyada Formula1 yarışı lazımdır”.





