Andrea Stella: “Las Veqasda trasın konfiqurasiyası tam fərqlidir, İnterlaqosdan seçilir və uzun düzlüklər ilə xarakterizə olunub. Biz artıq Monza və Bakıda görmüşük ki, maksimal sürətin vacib olduğu traslərdə bizim maşın heç də həmişə ən yaxşısı olmayıb.
Biz bilirik ki, bu, qismən çox yüksək maksimal sürət yığmaq tələb olunduqda optimal olmayan sürətlər qutusunun ötürmə nisbətləri ilə bağlı olub.
Buna baxmayaraq, qarşıdakı mərhələyə müəyyən nikbinliklə yanaşıram, çünki indi maşın daha sürətli olub. Düşünürəm ki, bu yarış təkcə bizə deyil, bütün digər komandalara da təkərlərin necə işlədiyini, maşının hansı şəraitdə güclü tərəflərini göstərdiyini, hansı hallarda isə zəif cəhətlərinin üzə çıxdığını daha yaxşı anlamağa kömək edəcək.
Biz nikbin əhvaldayıq. Yaxşı nəticə qazanmağı çox istəyirik, çünki təqvimdəki bütün traslar arasında məhz Las Veqasda bizə ən çətin olub.
Hətta ötən il yaxşı yarış keçirdiyimiz halda belə, döşəmənin plankası ilə bağlı problemlər hər şeyi korlayıb. Buna görə də bu il Las Veqasda keçiriləcək mərhələni səbirsizliklə gözləyirik və nəhayət, trası müsbət emosiyalarla tərk etmək üçün yaxşı çıxış etməyə ümid edirik”.





