Las Veqasda tarixdə ən soyuq yarış ola bilər

Formula1 tarixinin ən soyuq yarışı 1978-ci ilin oktyabrında Kanadada keçirilib. Həmin vaxt Notr-Dam adasında havanın temperaturu Selsi üzrə beş dərəcəyə qədər enib. Amma Las Veqasda hava bundan da soyuq ola bilər - cümə və şənbəyə keçən gecə üçün proqnoz təxminən dörd dərəcə isti göstərir.

Keçmiş Formula1 sürücüsü Colion Palmer F1 Nation podkastında vəziyyəti belə şərh edib: “Hər il Las Veqasdakı uik-end öncəsi hamı havadan danışır, sürücülərə sükan arxasında əlləri donmasın deyə isti əlcək lazım olub-olmayacağını müzakirə edir.

Əgər yarış zamanı hava +4 dərəcəyədək soyusa, bu, Formula1-in yeni rekordu olacaq. Amma bazar günü hava o qədər də soyuq olmasa belə, sürücüləri yenə də asan sınaq gözləmir. Rekord qeydə alınmasa da, nəticə ona çox yaxın olacaq”.

, ,