C.Palmer: Sayns gözəl addım atdı

Sabiq Formula1 sürücüsü Colyon Palmer bildirib ki, Karlos Sayns özünə əla strategiya seçib.

F-1.az xatırladır ki, Monako yarışında Ferrari komandası Saynsı yağış təkərlərindən keçid təkərlərinə keçirmək üçün pitə çağırsa da, ispaniyalı pilot trasda qalmaq istədiyini və birbaşa quru təkrələrə keçəcəyini deyib. Karlosun bu strategiyası yaxşı işləyib. O, birbaşqa quru təkərlərinə keçib, amma trasa çıxanda trafikdə qaldığı üçün 3 naiyə itirib. Bununla da Peresin arxasına düşərək, ikince yerə razı olub.

Colion Palmer: “Red Bull-un ilk pit-stopu çox cəsarətli addım idi. Məntiqli və yaxşı strategiya idi.

Sayns isə maraqlı idi. Leklerin yarış mühəndisi ilə danışıqlarını eşitsəm də, Saynsın haqqını vermək lazımdır. Mükəmməl strategiya qurdu. Ferrari Saynsı israrla pitə çağırsa da, ispaniyalı bunu rədd etdi və quru təkərlərə keçənə kimi gözlədi. Ferrari üçün işləri çevirmək istəyirdi. Son günlərdə özünə olan inamı azalmış pilot üçün yaxşı addım idi. Bununla da yaxşı nəticə əldə etdi. Sayns komandanı dinləsəydi, çox geriyə düşə bilərdi”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*