Maks Ferstappen: “Formula1-də hələ belə dəli yarışım olmayıb, bu, dəqiqdir! Mən indiyədək buna bənzər heç nə görməmişəm, bu, tam bir sürrealizm idi!
Düşünürəm, yarışın əvvəlində elektrik enerjisindən istifadə taktikasını çox dəqiq hesablamışdıq, amma təbii ki, rəqiblər bizim nə etdiyimizi görür və öyrənirlər. Hansısa məqamda start-finiş düzlüyünə qədər yenidən liderliyə qayıda bilmədim, buna görə də komandaya nə edə biləcəyimizi soruşdum.
Amma hesab edirəm ki, biz çox düzgün sazlanmalardan istifadə etmişdik, ümumiyyətlə isə trasdakı mübarizə tamamilə çılğın xarakter daşıyırdı. Bundan əlavə, burada sliptream o qədər güclü idi ki, fərq yaratmaq mümkün olmadı, buna görə də çox sayda maşın məni lap yaxından təqib edirdi, bu, sadəcə heyrətamizdir! Əlbəttə, belə yarışı izləmək hamı üçün çox maraqlı idi.
Təəssüf ki, finişə az qalmış Kimi Antonellinin hibrid sistemində nasazlıq baş verdi, çünki belə olmasaydı, qələbə uğrunda son dövrəyədək mübarizə aparardıq, buna heç şübhə etmirəm.
Bütün komandamız belə nəticələr qazanmaq üçün həqiqətən böyük əzmlə çalışıb və bütün bunlar, əlbəttə, gələn ilə hazırlıqda işimizə yarayacaq. Ona görə də belə çılğın yarışdan sonra podiumun zirvəsinə yüksəldiyimiz üçün çox sevinirəm!”





