15 Dekabr 2018, Şənbə - 15:42

M.Ferstappen Renault-ya şər atıb

M.Ferstappen Renault-ya şər atıb

Müəllif: Rauf Hacıyev, redaktor

20:20 - 13 Aprel, 2018

Red Bull komandasının rəhbəri Kristian Horner bildirib ki, Maks Ferstappenin Bəhreyndə yerində fırlanmasının səbəbi mühərrikdəki güc artımı olmayıb.

F-1.az xatırladır ki, hollandiyalı sürücü Bəhreyndə sıralanma turunun birinci sessiyasında qəza edərək, mübarizəni dayandırmışdı. Gənc sürücü problemin mühərrikdən yarandığını demişdi. Lakin Horner bu iddianı təkzib edib: “Qaz pedalı basılı qalmadı. Porebriklərin üzərndə idi və qaza basarkən porebriklərə görə ayağı titrədi və yerində fırlandı. Başqa səbəb axtarmaq lazım deyil”

Renault Sport-un rəhbəri Siril Abitebul da bu sözləri təsdiq edib: “Mühərrik qaz pedalının dediyini etdi. Bu da normaldır. Səbəb və nəticə göz qabağındadır”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 145
Teqlər , , , , , ,
Paylaş

logo