M.Ferstappen: “Avstriya bizim üçün əlverişli deyil”

Maks Ferstappen düşünür ki, Red Bull Rinq RB12 üçün əlverişli tras deyil.

F-1.az xatırladır ki, Red Bull bol düzlüklü və mühərriyə tələbkar traslarda zəif performans göstərir. Red Bull Rinq də təqvimin ən sürətli tralsarından biridir və Ferstappen düşünür ki, bura onlar üçün əlverişli deyil: “Monreal və Bakı trasları mənim üçün yaxşı idi. Kanadada qazandığım 4-cülükdən və etdiyim müdafiədən razı qaldım. Yerimi qorumaq üçün Niko kimi güclü sürücünü arxamda saxlamaq yaxşı oldu. Bakıda isə yarışa pis başlasaq da, yaxşı yarışdıq.

Avstriya sürətli döngələrinə görə xüsusi trasdır. Red Bull ilə ev trasında mübarizə aparmaq gözəl olacaq. Yarışı səbirsizliklə gözləyirəm. Bura performansımıza görə bizim üçün əlverişsiz ola bilər, amma həzz verən trasdır. Keçən il yaxşı yarış olmuşdu. Yeddinci başlasam da, sonda səkkizinci olmuşdum”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*