F-1.az bildirir ki, Qətərdə növbəti qələbəsini qazanan, həm də ardıcıl üçüncü titulunu rəsmiləşdirən Maks Ferstappen gözlənildiyi kimi, bu yarışın da əsas favoritidir. Reytinqdə növbəti yerlərdə son 3 yarışı podiuma yüksələn Lando Norris və komanda yoldaşı Oskar Piastri qərarlaşıb – onların əmsalı Maksla müqayisədə böyük olsa da, bir-birilərinə çox yaxındır. Serxio Peres dördüncü namizəd hesab olunsa da, şansları komanda yoldaşından 13.6 dəfə az qiymətləndirilib.
| ABŞ Qran Prisində qələbə | Əmsal |
| Maks Ferstappen | 1.17 |
| Lando Norris | 9.00 |
| Oskar Piastri | 9.50 |
| Serxio Peres | 16.00 |
| Lyuis Həmilton, Corc Rassell, Şarl Lekler | 20.00 |
| Karlos Sayns | 24.00 |
| Fernando Alonso | 50.00 |





