Maks Ferstappen: Komandanın tərəqqisi tituldan daha vacibdir

Maks Ferstappen bildirib ki, mövsümün qalan yarışlarında qarşısında duran yeganə məqsəd komandasına Mühəndislər Kubokunda 3-cü yeri qoruyub saxlamaqda kömək etməkdir.

Maks Ferstappen: “Məni yalnız bir məsələ narahat edir: komandamızın 3-cü yeri qoruyub saxlaması. Bu, bütün komandanın vəzifəsidir, ona görə də təbii ki, mənim də vəzifəmə çevrilib. Mən ikinci, üçüncü və ya dördüncü yeri tutanda bu, mənə ümumiyyətlə məmnunluq gətirmir, çünki mən burada bunun üçün deyiləm.

Əgər çempionatlar qazana bilmisinizsə, razılaşın, qalan hər şey artıq sizi o qədər də maraqlandırmır. Hər halda, digər nəticələr onsuz da yadda qalmır, ən azı mənim yaddaşımda.

Amma əlbəttə, bu mövsüm komandamızın əldə etdiyi tərəqqi ilə fəxr edə biləriik. Düzünü desəm, bu, titul qazansaydıq belə, ondan qat-qat vacibdir. Biz həm də başa düşürük ki, gələn mövsümə hazırlıq prosesində qələbələr uğrunda mübarizə aparmaq üçün bir çox sahədə artırmalı olacağıq – hazırda məhz bunun üzərində işləyirik. Zaman göstərəcək, səylərimiz kifayət edəcək, ya yox.

Qarşıdan gələn uik-endə gəlincə, proqnoz vermək həmişə çətindir, çünki mövsümün son bir neçə mərhələsində komandalar sürət baxımından bir-birinə çox yaxın olublar və indi nəticələrdəki fərq yalnız detallara diqqətdən asılı olacaq.

Xüsusən də Las Veqasda hava çox soyuqdur və təkərləri lazımi temperatura çatdırmaq çox çətin olacaq. Burada hər il bu mürəkkəb vəzifəni həll etməli oluruq”.

Formula1 fitness bilərziklərinin istehsalı üzrə ixtisaslaşan Whoop şirkəti ilə tərəfdaşlıq sazişi bağladığına və yarış yayımları zamanı biometrik məlumatlardan istifadə etməyə hazırlaşdığına görə, dördqat çempiona buna münasibəti barədə sual verilib.

“Mən bunda iştirak etməyəcəyəm, – deyə Maks qəti şəkildə bildirib. – Heç bir cihazdan istifadə etmirəm, o cümlədən məşqlər zamanı da, çünki vəziyyətimin izlənməsini istəmirəm. Nə vaxt yorulduğumu onsuz da bilirəm.

Əgər digər sürücülər bütün bunlardan istifadə etmək istəyirlərsə, buyursunlar. Amma mənim xoşuma gəlmir və bu məlumatları başqa insanların görməsini istəmirəm”.