Bundan başqa, bu həftəsonu Kimi Antonelli ADUO proqramı çərçivəsində təkmilləşdirilmiş yeni turbin alıb. Lakin bu dəyişikliklə bağlı cəza tətbiq olunmayıb, çünki yeni turbin mövsüm ərzində icazə verilən dörd turbindən sayca dördüncüsü olub.
Yarış həftəsonu başlamazdan əvvəl Mercedes komandasının rəhbəri Toto Volff bildirmişdi ki, güc qurğusunun yenilənmiş komponentlərini yalnız Antonelli alacaq, Corc Rassell isə əvvəlki spesifikasiyalı turbindən istifadə etməyə davam edəcək.
Mercedes-in bu qərarı təkcə Corc üçün əlavə cəzalardan yayınmaq istəyi ilə bağlı olmayıb, həm də stend sınaqları zamanı üzə çıxmış yeni komponentin etibarlılığı ilə bağlı narahatlıqlardan qaynaqlanıb. Komandada hesab ediblər ki, turbindən gözlənilən səmərəlilik artımı britaniyalı sürücü üçün yaranan riskləri doğrultmayıb.
Kimi Antonelli məsələsində isə bu cür riskə getmək mümkün olub, çünki o, artıq çempionluq titulunu qazanıb və komanda turbini real yarış şəraitində qiymətləndirə biləcək.
Texniki baxımdan yeni turbin sələfindən daha kompaktdır və daha çox maksimal gücü artırmaq üçün deyil, ölçüsünün kiçik olması sayəsində daha sürətli fırlanaraq turbo gecikməsini azaltmaq və aşağı dövrlərdə qaz pedalına basıldıqda mühərrikin reaksiyasını yaxşılaşdırmaq üçün nəzərdə tutulub. Gözlənilir ki, bu effekt ən çox startda və yavaş döngə-lardan çıxışda hiss olunacaq.
Yenilənmiş turbin Mercedes-in müştəri komandaları üçün də əlçatan olub. Xüsusilə, ondan McLaren və Alpine-də istifadə etməyi planlaşdırıblar.





