Oliver Börman: “Hələlik heç bir xəbərim yoxdur. Açığı, mövsümün artıq 20-ci mərhələsi olduğu halda gələn il üçün hələ də müqaviləmin olmaması məni çox məyus edib. Vəziyyət qəribə alınıb, amma biz tədricən qərara yaxınlaşırıq.
Əlbəttə, bu, xoş deyil. Belə qeyri-müəyyənlik özünəinamı ən yaxşı şəkildə təsir etmir. Mən bilirəm ki, bu mövsümü yaxşı keçirmişəm, amma gələn il məni nə gözlədiyini bilmirəm. Bu, heç də düşmək istədiyim vəziyyət deyil.
Mən çox aydın şəkildə başa salmışam ki, Haas-da qalmaq istəyirəm və hesab edirəm ki, bu yerə layiqəm. Heç olmasa, özüm belə düşünürəm, amma vəziyyət bir qədər qəribədir.
Mənə elə gəlmişdi ki, son üçlü yarış seriyasında bu məsələnin həllində kifayət qədər irəliləmişik, amma görünür, kənardan bu, o qədər də nəzərə çarpmır və bu da məni məyus edir. Ümid edirəm ki, bu uik-endin sonuna qədər sizinlə bölüşə biləcəyim yaxşı xəbərlər olacaq.
2027-ci illə bağlı məqsədim tam aydındır. Düşünürəm ki, bizim Haas ilə hələ tamamlanmamış işimiz qalıb. Daha uzaq gələcəyə gəlincə, burada artıq məndən az şey asılıdır. Mən sadəcə maşını idarə edirəm, amma başa düşdüyüm qədərilə vəziyyət asan deyil.
Mənim Ferrari ilə müqaviləm var. Məhz bu komanda mənə Formula 1-də debüt etmək üçün inanılmaz fürsət verib. Mən hələ də Ferrari-nin gənclər proqramının sürücüsüyəm və əsas arzum bu komandada çıxış etməkdir. Mən hələ uşaq olanda mənə ilk inanan onlar olub.
Bu, hələ də mənim əsas arzumdur, amma aydındır ki, ona gedən yolda inkar edilə bilməyəcək çətinliklər yarana bilər. Bununla belə, mənim dəyişə biləcəyim çox şey yoxdur. Görək hər şey necə alınacaq”.





