Sky Sports-un şərhçisi Devid Kroft iddia edir ki, Red Bull Racing Oliver Börmana diqqətlə baxır; o, dördqat dünya çempionu Ferstappenin yerini tuta biləcək sürücü ola bilər, əlbəttə, əgər dördqat dünya çempionu komandasını dəyişməyə qərar verərsə və ya ümumiyyətlə, Formula1 karyerasını başa vurarsa.
Börman Ferrari Yarış Akademiyasının məzunudur, lakin Britaniya kanalının şərhçi briqadasında Kroftun həmkarı Martin Brandl da haqlı olaraq düşünür ki, onun İtaliya komandasına keçmək şansı yoxdur:
“Oliver görür ki, Şarl Lekler Ferrari ilə müqaviləni uzadıb və demək olar ki, Lyuis Həmilton da daha bir neçə il orada qalacaq. Zavod komandası Ferrari-yə yol onun üçün bağlıdır. Eyni zamanda, Haas çempionatın ən kiçik komandası olaraq qalır və maşının sürətli modernləşdirilmə tempini saxlamaq onlar üçün çətindir.
Oliver əla sürücüdür, yaxşı yarışır və bunu davam etdirməlidir. Amerika komandasının işlərinin necə alınaçağını görəcəyik, lakin Esteban Okon artıq artan təzyiq hiss edir və onun gələcəyi sual altındadır. Bu vəziyyətdə Börman Haas qarşısında öhdəliklərlə bağlıdır, amma ehtimal ki, onun B planı barədə düşünməsinin vaxtıdır”.
Kroftun fikrincə, Ferstappen Red Bull-dan ayrılmağa qərar verə bilər deyə, Milton Kins komandası onun yerini tutacaq namizədlərə artıq baxır:
“Elə Loran Mekis idi ki, bir vaxtlar Oliver Börmanı Ferrari Akademiyasına dəvət etmişdi. Mən bilirəm ki, Red Bull onu çox diqqətlə izləyir. Əgər o, Skuderiyaya keçə bilməsə, bu komandaya transfer onun üçün də, Red Bull üçün də əla variant olacaq”.





