Almaniya-2019: Yarış

Hokkenhaymda sərbəst yürüşlərdə Ferrari sürücüləri daha sürətli olublar, lakin dünənki sıralanma turunda əvvəlcə Fettel, sonra isə Lekler texniki problemlərə görə sona qədər mübarizə apara bilməyiblər. Ferrari mexaniklərinin yaranan problemləri qısa zamanda həll etməsi mümkün olmayıb.

F-1.az xatırladır ki, poulu Həmilton qazanıb, baxmayaraq ki, britaniyalı sürücü soyuqlamışdı və onu hətta Esteban Okon tərəfindən əvəzlənməsi gündəmdə idi. Ferstappen ona 0.3 saniyədən bir qədər çox uduzub, lakin hollandiyalı sürücü Bottası üstələməyə nail olub. Valtterinin yanından start almağa isə Qasli haqq qazanıb. Üçüncü cərgə isə Rəykkönen və Qrojanın olub.

Hard, Medium və Soft rollarında müvafiq olaraq C2, C3 və C4 tərkibləri iştirak ediblər. Startda yağışın olması sürücülərin sərbəst təkər seçimi etməsinə şərait yaradıb. Sürücülərin yağış təkərləri ilə bu il işləmə təcrübələri yox idi, çünki mövsümboyu heç bir yarışda yağış olmamışdı.

İsinmə dövrəsinin Təhlükəsizlik Maşını arxasında baş tutacağı bildirilib. TM arxasında yolun vəziyyətinin yaxşılaşdırılması üçün bir neçə dövrə vurulub və normal start veriləcəyi elan edilib.

Startda Həmilton yerini qoruyub, Maks isə ləngiyib və Bottasla Rəykkönen tərəfindən keçilib. Fettel 14-cü yerə qədər irəliləyib. 2-ci dövrədə ilk onluq: Həmilton – Bottas – Rəykkönen – Ferstappen – Hülkenberq – Lekler – Qrojan – Qasli – Sayns – Maqnussen.

İkinci dövrədə Peres yerində fırlanıb və mübarizəni dayanıb, TM trasa daxil olub. Fettel və Elbon dərhal pitə üz tutaraq keçid təkərləri ilə trasa qayıdıblar. Stroll, Norris, Rassell və Kubitsa istisna olmaqda, digər sürücülər də eyni addımı atıblar. 2 dövrə sonra restart verilib, Həmilton yenə yerini qoruyub, Bottas və Ferstappen Maqnusseni keçiblər. Fettel də Norrislə Saynsı ötüb. Rəykkönen Maqnussenə hücum edərkən səhvə yol verib. Həmin 4 sürücü də daha sonra keçid təkərləri üçün pit-stopa yollanıblar. 9-cu dövrədə ilk onluq: Həmilton – Bottas – Ferstappen – Lekler – Hülkenberq – Rəykkönen – Fettel – Sayns – Elbon – Covinatsi.

15-ci dövrədə Rikkardonun maşını tüstülənib və avstraliyalı sürücü maşını bir qədər təhlükəsiz yerdə saxlayıb. Virutal Təhlükəsizlik Maşını rejimi elan edilib. Lekler və Hülkenberq yenə pit-stop ediblər. Asfalt demək olar ki, quruyub, sadəcə bəzi yerlərdə bir qədər su qalıb. Komandalar sliklərə keçmək üçün tələsməyiblər. Lakin bu addımı ilk olaraq 23-cü dövrədə Maqnussen atıb – danimarkalı sürücünü Soft təkərlə trasa qaytarıblar. Ardınca 24-cü dövrədə Fettel, 26-cı dövrədə Ferstappen, Kvyat, Norris və Stroll, onlardan bir dövrə sonra Bottas, Rəykkönen, Covinatsi, Qasli və Qrojan sliklərə keçiblər. Maks yerində təhlükəli şəkildə fırlanıb, lakin yoluna davam edə bilib.

Norris 27-ci dövrədə güc qurğusundakı problemə görə mübarizəni dayandırıb və VTM rejimi yenidən elan olunub. 3 dövrə sonra isə Lekler son döngədə qəza edib və bu dəfə TM trasa daxil olub. Yağış yenidən yağmağa başlayıb və sürücülərin əksəriyyəti keçid təkər üçün piy yoluna üz tutublar. Həmilton da son döngədə səhvə yol verərək yoldan çıxıb, toqquşma nəticəsində ön qanadını qırıb və pit yoluna icazə verilməyən yerdən son anda daxil olub. Komandanın mexanikləri bunu gözləmədəyindən, maşının ön hissəsinin dəyişdirilməsi və yeni təkərlərin hazırlanaraq maşına taxılması xeyli vaxt alıb. Lyuis trasa qayıtdıqdan sonra isə 5 saniyəlik cəza alıb. TM arxasında ilk onluq: Ferstappen – Hülkenberq – Bottas – Elbon – Həmilton – Sayns – Rəykkönen – Fettel – Qasli – Covinatsi.

Hamı yaşıl təkərlərə keçib. 30-cu dövrədə restart verilib və Maks liderliyini qoruyub. Bir dövrə sonra isə Hülkenberqlə fərqi 4 saniyəyə çatdırıb. 36-cı dövrədə Həmilton Elbonu üstələyib, sonra isə hər iki Mercedes sürücüsü Hülkenberqi keçib. Ferstappen Bottasla fərqi 9 saniyəyə qaldırıb. Rəykkönen trasdan çıxıb və Qasli ilə Fettel onu üstələyiblər. 40-cı dövrədə ilk onluq: Ferstappen – Bottas – Həmilton – Hülkenberq – Elbon – Sayns – Fettel – Qasli – Rəykkönen – Covinatsi.

Bir dövrə sonra Hülkenberq də son döngədə səhvə yol verərək qəza edib və yarış onun üçün də başa çatıb. TM yenidən trasa daxil olub, Ferstappen, Fettel, Qrojan, Stroll, Rassell və Maqnussen boksa yollanıblar və yeni keçid təkəri ilə trasa qayıdıblar. Yarışın sonuna qədər daha yağış gözlənilmədiyindən, slikə ilk keçən sürücü Stroll olub. Restart 45-ci dövrədə verilib və Ferstappen yerini qoruyub. Kvyat və Maqnussen də sliklərə keçiblər. Sürücülərin çoxu quru təkərlərinə keçiblər. 48-ci dövrədə ilk onluq: Ferstappen – Stroll – Kvyat – Bottas – Sayns – Maqnussen – Elbon – Qasli – Fettel – Qrojan.

51-ci dövrədə Kvyat Strolla hücum edib və ikinci yerə yüksəlib. Fettel Maqnussen və Qaslini geridə qoyub. 53-cü dövrədə Həmilton yenidən təkərlərini dəyişib. 54-cü dövrədə Qrojan və Rəykkönen Maqnusseni, 1 dövrə sonra isə Fettel  Elbonu ötüb. 57-ci dövrədə qəza etmək növbəsi Bottasa çatıb. Finlandiyalı sürücü Həmiltonla çempionluq yarışında xeyli xal fərqi bağlamaq şansını əlindən verib. TM növbəti dəfə trasa daxil olub, Həmilton növbəti dəfə pit-stop edib. 2 dövrə sonra mübarizə yenidən başlayıb, Maks bu dəfə də keçilməyib, Fettel isə dərhal Saynsı üstələyib. Alman sürücü 2 dövrə sonra Strollu da geridə qoyub. 63-cü dövrədə isə Kvyatı keçən Fettel 20-ci yerdən başladığı yarışda 2-ci yerə yüksəlib.

Maks Ferstappen mövsümdə ikinci, karyerasında 7-ci qələbəsini əldə edib. Sebastyan Fettel ikinci olaraq olduqca vacib xallar qazanıb. Daniil Kvyat isə özünün 3-cü, Toro Rosso komandasının tarixində ikinci podiumunu qazanıb.

Yarışdan sonra stüardlar Alfa Romeo komandasının sürücülərə sazlanmalarda köməklik etdiyini aşkarlayaraq hər iki sürücünün vaxtına 30 saniyə (Stop&Go cəzasına uyğun) əlavə edib.

Mübarizə gələn həftə Macarıstanda davam edəcək…

Yer N Sürücü Komanda Zaman/Fərq Pit
1 33 Maks Ferstappen Red Bull 1:44.31.275 5
2 5 Sebastyan Fettel Ferrari + 0:07.333 5
3 26 Daniil Kvyat Toro Rosso + 0:08.305 4
4 18 Ləns Stroll Racing Point + 0:08.966 5
5 55 Karlos Sayns McLaren + 0:09.583 3
6 23 Aleksander Elbon Toro Rosso + 0:10.052 4
7 8 Roman Qrojan Haas + 0:16.838 5
8 20 Kevin Maqnussen Haas + 0:18.765 6
9 44 Lyuis Həmilton Mercedes AMG + 0:19.667 6
10 88 Robert Kubitsa Williams + 0:24.987 5
11 63 Corc Rassell Williams + 0:26.404 5
12 7 Kimi Rəykkönen* Alfa Romeo + 0:42.214 4
13 99 Antonio Covinatsi* Alfa Romeo + 0:43.849 4
14 10 Pyer Qasli Red Bull 4

* – Alfa Romeo sürücülərinin nəticəsinə 30 saniyə əlavə olunub.

Sürətli Dövrə: Şarl Lekler (Ferrari) 1:43.009 (50-ci dövrə, 209,795 km/s).

 

MÜBARİZƏNİ DAYANDIRANLAR:

Sürücü Komanda Dövrə Səbəb
Serxio Peres Racing Point 2 qəza
Daniel Rikkardo Renault 15 mexaniki problem
Lando Norris McLaren 27 güc qurğusu
Şarl Lekler Ferrari 30 qəza
Niko Hülkenberq Renault 41 qəza
Valtteri Bottas Mercedes AMG 57 qəza

 

SÜRÜCÜLƏRİN ÇEMPİONATI:

Yer N Sürücü Ölkə Komanda Xal
1 44 Lyuis Həmilton Mercedes AMG Petronas Motorsport 225
2 77 Valtteri Bottas Mercedes AMG Petronas Motorsport 184
3 33 Maks Ferstappen Aston Martin Red Bull Racing 162
4 5 Sebastyan Fettel Scuderia Ferrari 141
5 16 Şarl Lekler Scuderia Ferrari 120
6 10 Pyer Qasli Aston Martin Red Bull Racing 55
7 55 Karlos Sayns McLaren F1 Team 48
8 26 Daniil Kvyat Red Bull Toro Rosso Honda 27
9 7 Kimi Rəykkönen Alfa Romeo Racing 25
10 4 Lando Norris McLaren F1 Team 22
11 3 Daniel Rikkardo Renault F1 Team 22
12 18 Ləns Stroll Sportpesa Racing Point F1 Team 18
13 20 Kevin Maqnussen Rich Energy Haas F1 Team 18
14 27 Niko Hülkenberq Renault F1 Team 17
15 23 Aleksander Elbon Red Bull Toro Rosso Honda 15
16 11 Serxio Peres Sportpesa Racing Point F1 Team 13
17 8 Roman Qrojan Rich Energy Haas F1 Team 8
18 99 Antonio Covinatsi Alfa Romeo Racing 1
19 88 Robert Kubitsa Williams Racing 1
20 63 Corc Rassell Williams Racing 0

 

MÜHƏNDİSLƏR KUBOKU:

Yer Komanda Motor Xal
1 Mercedes AMG Petronas Motorsport Mercedes 409
2 Scuderia Ferrari Ferrari 261
3 Aston Martin Red Bull Racing Honda 217
4 McLaren F1 Team Renault 70
5 Red Bull Toro Rosso Honda Honda 42
6 Renault F1 Team Renault 39
7 Sportpesa Racing Point F1 Team Mercedes 31
8 Rich Energy Haas F1 Team Ferrari 26
9 Alfa Romeo Racing Ferrari 26
10 Williams Racing Mercedes 1
, , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*