H.Marko: Təqaüdə çıxmayacağam

Red Bull komandasının idman məsləhətçisi Helmut Marko bildirib ki, təqaüdə çıxmaq barədə düşünmür.

F-1.az xatırladır ki, 76 yaşı Helmut Marko artıq 21 ildir ki, Red Bull-da işləyir və indiyə kimi Sebastyan Fettel, Daniel Rikkardo, Maks Ferstappen və Karlos Sayns kimi sürücülərin yetişməsində müstəsna rol oynayıb.

Helmut Marko: “Təqaüdə çıxmaq barədə düşünmürəm. İnsanlar məndən tez-tez bu barərə soruşurlar. Ancaq həm fiziki, həm də zehni cəhətdən güclüyəm və işləməyə davam edəcəm. Ətrafımda gənclər çoxdur və bu, çox yaxşıdır.

Özüm üçün yaşayıram. Sosial şəbəkə hesabım yoxdur. Köhnədən qalma Nokia telefonum var və onu da dəqiqəbaşı nəzarətdə saxlamıram”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*