Lyuis Həmilton: “Kimiyə nə məsləhət verərdim? Bilmirəm. Onun məsləhətə ehtiyacı yoxdur. Düşünürəm ki, o bu il, elə keçən il də, amma xüsusilə bu mövsüm istedadını və soyuqqanlılığını nümayiş etdirib. Kimi öz işinin öhdəsindən əla gəlib və mən onunla çox qürur duyuram. Onun özünü necə apardığı, sürücülərlə, hətta sizinlə də, uşaqlar, necə ünsiyyət qurduğu mənə qürur verir. Onun və bütün komandanın uğur qazanmasını görmək xoşdur.
Deyərdim ki, Kimi yaşından daha yetkin sürücüdür, onunla trasda yenidən mübarizə aparacağım anı səbirsizliklə gözləyirəm. Belə komandada belə bir yer tutmaq istənilən sürücü üçün asan olmazdı… Amma Kimi bunun öhdəsindən rahatlıqla gəlib, mən bu il onun çıxışlarını böyük maraqla izləmişəm. O, çempion tituluna layiqdir.
Bono ilə [Antonellinin yarış mühəndisi Piter Bonninqton] işləmək möhtəşəm təcrübədir, amma bu komandada çoxlu gözəl mütəxəssis var və məhz buna görə onlar belə nəticələr qazana bilirlər. Mən onların gördüyü işə səmimi qəlbdən heyranam. Yenidən zirvədə olmaları isə məni təəccübləndirmir, çünki mən özüm də uzun illər bu sistemin bir hissəsi olmuşam.
Bu həftəsonu qalib gələ biləcəyikmi? Hələlik bunu demək çətindir. Bu mövsümün gedişatını dəyərləndirsək, əvvəlcə Mercedes komandası dominantlıq edib, sonra McLaren, indi isə Red Bull. Vəziyyətin niyə dəyişməli olduğunu görmürəm, amma ümid edirəm ki, maşını ideal iş rejiminə gətirə bilsək, yaxşı nəticə əldə edəcəyik.
Sinqapurda səhv etdim, amma insan belə səhvlərdən öyrənir. Məndə belə hallar o qədər də tez-tez baş vermir. Əlbəttə, növbəti bir neçə gün ən yaxşı günlər olmadı, amma nəticə çıxardım.
Mən yarışa üçüncü yerdən başladım və qələbə qazanmaq üçün fürsət axtarırdım. Mən həmişə nəyisə fərqli etməyə çalışıram. Mən Şarlınkından fərqli strategiyaya sadiq qalmaq istəyirdim. Startdan əvvəl apardığımız təhlildə gördük ki, Maks potensial olaraq daha sürətli olacaq, biz isə böyük ehtimalla ikinci və üçüncü yerlərdə finişə çatacağıq. Bu mənə kifayət etmirdi. Mən başqa variantlar axtarırdım.
Əgər Medium təkərləri daha uzun məsafəyə dözə bilsəydi, onlarla mübarizə aparmaq mümkün idi, amma ilk hissədə maşın özünü çox da yaxşı aparmırdı, sonra mən Şarlın arxasında qaldım və çox vaxt itirdim, çünki o, mənim startda istifadə etdiyim daha yavaş təkərlərlə gedirdi.
Məndə Soft təkərləri yaxşı işləyirdi. Pit-leyinə girişə yaxınlaşırdım və Şarlın boksa girəcəyini bilmirdim, mənə elə gəlirdi ki, o, təkərləri çox da əvvəl dəyişməyib. Həmin anda trasda qalmaq qərarına gəldim, amma pit-leyinin yanından keçərkən birdən anladım ki, səhvə yol vermişəm. Amma bunu etiraf etdim, məsuliyyəti öz üzərimə götürdüm və indi irəli getməliyik.
Birlikdə işləməyimizin nə dərəcədə yaxşı olmasına gəlincə, heç nə dəyişməyib. Mən səmimi şəkildə inanıram ki, mənim işim həmişə məsləhətə əməl etmək deyil, o cümlədən özümə və komandaya daim meydan oxumaqdır. Daim çərçivədən kənara çıxmaq lazımdır. Nəticə etibarilə, mən məhz bu yolla nail olduqlarıma çatmışam.
Bəli, bəzən hər şey istədiyin kimi getmir. Bu da həmin hallardan biri idi. Amma yeni gün gəlir və sən yeni mübarizəyə hazır olmalısan. Biz komanda kimi qazanırıq, komanda Kimidə uduzuruq. Komanda üçün xal itirəndə bu, əlbəttə ki, mənə ağır gəlir, amma işləyəcəyəm, bir daha belə hal təkrarlanmasın deyə səylərimi ikiqat artıracağam”.





